vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9245 AZN
1 Rusiya rublu 1 RUB = 0.0252 AZN
1 İngilis funt sterlinqi 1 GBP = 2.1972 AZN
1 Türk lirəsi 1 TRY = 0.3109 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
13:13 | 8 oktyabr 2018 | Bazar ertəsi Məqaləyə 774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Accessbank” da müflisləşir?

“Yerli avropalı” mətbuatımız niyə sahibkarların həbsi barədə susur?

MÖVZU İLƏ ƏLAQƏLİ

“Accessbank” vaxtilə öyündüyü “Fitch” reytinqlərindən imtina edib. Agentliyin banka verdiyi sonuncu reytinq “C”dir, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).

Xeyli problemli krediti olan və savadsız tərtib edilmiş kredit sənədləri ucbatından məhkəmələrdə məğlub olan “Accessbank” ötən ili 73,7 milyon manat, 2016-cı ili isə 100,889 milyon manat zərərlə başa vurub. Halbuki, 2007-2015-ci illəri yüksək xalis mənfəətlə başa vurmuşdu: cəmi təxmini 210 milyon manat. Həmin illərin manat məzənnəsini nəzərə alsaq, bankın cəmi qazancı (təxmini 270 milyon dollar) cəmi itkilərindən (təxmini 107 milyon dollar) azı iki dəfə yarım çoxdur.

Amma problem odur ki, ötən illər ərzində bankın səhmdarları qazancı götürüblər və indi banka pul qoymaq (heç olmasa götürdüklərinin bir hissəsini geri qaytarmaq) istəmirlər. Xatırladıram ki, “Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən bu qurumun səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutlarıdır. Neft gəlirləmizin bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək (özü də kölgə iqtisadiyyatına rəvac verərək “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “Accessbank” vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar. Bazarımız artıq onlar üçün maraqlı deyil.

Təsadüfi deyil ki, bu ilin iyun ayında ilk dəfə olaraq banka rəhbərliyi də xarici deyil, yerli kadra (deputat Sevinc Fətəliyevanın əri Anar Həsənov) etibar etdilər. Yəni “qara işi” ona həvalə etdilər. O da bankın problemli kreditlərinin həlli üçün ən “qara” yolu tapdı: kollektor şirkəti yaratdı və qanunsuz olaraq borclular haqda məlumatı ona ötürdü, habelə borcluların guya bankdan qanunsuz kredit götürməsi adı ilə hüquq-mühafizə orqanlarına topdan qaydada müraciət etdi (heç bir yerli bank hələ bu səviyyəyə enməmişdi). Halbuki, bir bankda bu qədər qanunsuz kredit verilibsə, ilk növbədə elə onun rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır (amma hələlik bankın inzibatçıları deyil, ancaq sahibkarlar həbs olunur). Ən əsası isə müştərilərini belə güdaza verən banka bundan sonra kim etibar edər axı? Əmanətçilər də ona etimad göstərərmi?

İnanmıram ki, “Accessbank” bütün bunları nəzərə almayıb. Alıbsa, onda belə çıxır ki, həqiqətən də artıq bazarda qalmaqda maraqlı deyil. Əsas, mümkün qədər çox kredit qaytarmaq və daha az zərərlə getməkdir. Nə yolla olursa olsun. Necə deyərlər, imic heç nədir, susuzluq hər şey! Elə buna görə də Fitch reytinqi kimi dürüst güzgüyə də artıq ehtiyac yoxdur...

P.S. Bu Avropa bankının son aylarda sahibkarların başına açdığı oyuna gəldikdə isə, necə deyərlər, bu da sivil Qərb, insan haqları etalonu olan Avropa! Fikir verirəm ki, Avropada məskunlaşmış mətbuatımız “nədənsə” “Accessbank”, onun həbs edilən sahibkar müştəriləri mövzusuna toxunmur. Halbuki, digər banklarımız bir borcludan pulunu qanuni tələb etdikdə belə, bəzən hay-həşir salırlar...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *