vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9245 AZN
1 Rusiya rublu 1 RUB = 0.0252 AZN
1 İngilis funt sterlinqi 1 GBP = 2.1972 AZN
1 Türk lirəsi 1 TRY = 0.3109 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
21:30 | 15 oktyabr 2018 | Bazar ertəsi Məqaləyə 1352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ana dilimizdə danışan fikir sahiblərinə ehtiyac var”

Sevinc Fədai: “İnsan bilmədiyi, hiss etmədiyi dəyəri sahiblənə bilməz”

15.10.18 - Sevinc Fədai: “İnsan bilmədiyi, hiss etmədiyi dəyəri sahiblənə bilməz”...

“Bir neçə gündür rus dilində təhsil almağın ana dilimizin status və mövqeyinə mənfi təsiri yenidən müzakirə mövzusudur. Buna səbəb yaxın gələcəkdə ölkəmizdə Rusiyanın 3 universitetinin – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filiallarının açılacağı xəbəridir”. Bu barədə Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai bildirib.

“Bəlkə də, illər əvvəl yaşlı 6 uşağın ilk təhsilini hər hansı xarici dildə alması mənə müsbət görünə bilərdi. Amma hazırda ölkəmizdə ana dilimizin qorunma, işlənmə səviyyəsi məni narahat etdiyindən başqa dildə təhsil almaq meylinin yüksəlməsi bu narahatlığı daha da artırır. Çünki ətrafımızda sıravi vətəndaşdan tutmuş Azərbaycan televiziyasının aparıcı şəxslərinə çevrilən insanlarına qədər əksəriyyəti öz ana dilimizdə düzgün danışa bilmir. Ana dilində düzgün danışa bilməmək bu dildə doğru düşünə bilməmək, fikrini bu dildə ifadə edə bilməmək deməkdir. Ölkənin bu dildə sağlam düşünüb, bu dildə fikrini aydın izah edə bilən insanlara ehtiyacı var.

Bu gün dilin tətbiqi zamanı qaydaların qorunmasına bilavasitə məsuliyyət daşıyan kütləvi informasiya vasitələrində hökm sürən, sözün əsl mənasında, özbaşınalıq ölkə ictimaiyyətini narahat edən əsas problemlərdən biridir. Dilin qaydalara uyğun işlədilməsiylə bağlı çox vaxt məhz bu mənbələrdən qaynaqlanan qüsurlar yeni yaranan ədəbiyyat nümunələrinə, tərcümə sahəsinə, dərs vəsaitlərinə və s. öz mənfi təsirini göstərir. Eyni zamanda, digər peşə sahibləri, ictimai şəxslər öz auditoriyalarına birbaşa danışdığı dillə, ifadə etdiyi fikirlə təsir etmiş olurlar. Azərbaycan dilində danışmaq isə bu dilin daşıyıcısının dövlətinə, tarixinə, ədəbiyyatına, keçdiyi milli yola, savaşlara sayğısıdır. Sayğı duymaq üçün isə həmin dildə o yolu, o tarixi öyrənmək, bilmək lazımdır. İnsan bilmədiyi, hiss etmədiyi dəyəri sahiblənə bilməz.

Rus dilində təhsil ictimaiyyəti, ziyalılarımızı ona görə narahat edir ki, həmin dil onların ana dilinin yerini tutmaqdadır. Uşaq artıq ailəsi, dostları, ətrafı ilə də o dildə danışır, o dildə hiss edir, düşünür. Yəni rus dili əlavə xarici dilə yox, əsas dilə çevrilməkdədir. Həmçinin, hazırda Azərbaycan dilində təhsil alanların belə dilimizə münasibətini, dilimizdə danışıq və yazı tərzinə baxanda, dediyim kimi, vəziyyətin daha təhlükəli olduğunu görürük.

Ona görə də gəlin uşaqlarımızla ana dilimizdə danışaq, ana dilimizdə təhsil verək, ana dilli ədəbiyyatımızı oxutduraq. Xarici dili bilməyin isə vacibliyini, üstünlüklərini aşılayaq. Ana dilini bilmək, onun normalarına riayət etmək bir vətəndaş kimi bizim borcumuzdur, yeni nəslin bunu dərk etməsinə kömək olaq.

Qadın və Uşaq Akademiyası İB olaraq maarifləndirmə işlərində ana dilimizə sevgi və sayğını artırmaq da bizim əsas hədəflərimizdən biri olacaq. Çünki insanın sevgisini, ümumilikdə hisslərini, fikirlərini, narahatlığını bildirdiyi, ünsiyyət qurduğu, yaxınlıq yaratdığı, həyatını danışmaqla asanlaşdırdığı dil ana dili olmalıdır. Heç kim ana dilindən məhrum edilməməlidir. Ana dili önəmlidir! Hər kəsdən bu mövzuda həssasiyyət göstərməsini xahiş edirik”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *