vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
STOLÜSTÜ  
11:11 | 13 noyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 3836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

32 fiqur və 64 xana

Yaxud Aleksandr Alyoxin, soyuqqanlı vikinq və temperamentli italyalı...

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Məndə şahmata maraq məşhur rus şahmatçısı Aleksandr Alyoxinin həyatından bəhs edən, indi isə adını xatırlamadığım sovet filmini izlədikdən sonra yarandı. Oyunun qaydalarını bilməsəm də, araşdırmağa başladım. Sonra, digər qrossmeysterlər, Lasker, Kapablanka, Eyve, Steynts, Fişer haqqında oxudum.

Kənddə bağda, ağaclar, otlar arasında, əsrarəngiz yay gecələrində hər axşam şahmat oyunları keçirilərdi. Oyunlar bəzən səhərə qədər davam edərdi.

Ağ-qara damalı taxta üzərinə düzülən anlaşılmaz fiqurlar məni cəzb edir, oyunçuların dərin düşüncələrə dalaraq alınlarını ovuşdurması, gərgin mimikalar, oyun həyəcanları, mübahisələr maraqlı gəlirdi.

Heç bir hərəkət uşaq təfəkkürünün həssas diqqətindən yayınmırdı. Beləcə müşahidə edir, gedişləri, kombinasiyaları, qalaqurma, müdafiə və hücum üsullarını öyrənirdim.

Yadıma düşür, 6 ya 7 yaşım olarkən, evimizin yanında açılmış şahmat məktəbində yaşca və bədəncə özümdən xeyli böyük rəqibimin bütün fiqurlarını udmuşdum. Lakin, onu mat vəziyyətinə sala bilmirdim Və buna görə də, qəzəbimdən ağlayır, göz yaşı tökürdüm. 

O vaxtdan, sirli və möcüzəli oyun məni öz sehrinə və tilsiminə saldı.

Nəyi yazmaq istəyirdim, hara gedib çıxdım?

Beləliklə, noyabr ayının 9-u bu qədim oyunun əsas turniri Londonda start götürdü. Yaxın 19 gün ərzində, dumanlar və çiskinlər şəhərində “dünyanın ən yaxşı şahmatçısı kimdir?” sualına cavab tapılacaq.

Bəs ən güclü kim olacaq?

Virtuoz, improvizə, mittelşpil və endşpil ustası Maqnus Karlsen, yoxsa şahmat elitasına tanış olmayan sima, ciddiyə alınmayan gənc, amerikalı Fabiano Karuana?

Vikinq soyuqqanlılığı ya italyan temperamenti? Bunlardan hansı?

Hələlik, olduqca ehtiyatlı keçən iki oyunda heç-heçə qeydə alındı.

Bütün suallara isə28 noyabrda, 12 partiyalıq turnirin sonuncu günü cavab veriləcək. Əgər, bütün 12 oyun sülhlə başa çatsa, bu zaman özündə sürətli şahmatı, blitsi və ölüm partiyasını birləşdirən tay-breyk mərhələsi başlayacaq.

Bizə isə,  hücum taktikalarına, hiyləgər kombinasiyalara, qeyri-adi debütlərə, gözlənilməz endşpillərə baxmaq və bu yüksək səviyyəli oyunlardan zövq almaq qalır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)