“Reabilitasiya Planı” başlayıb
Modul elektrik stansiyalarında təmir-bərpa işləri aparılır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İşlərin 90 faizi bitib”
Azərbaycan İES-dən yaxşı xəbərlər var
-
İES yenidən qurulur
“Azərbaycan” ölkənin enerji təminatında qarant olacaq
-
Yüksəkgərginlikli xətlərin 69 faizinin istismar müddəti bitmişdi
Sürətli və növbəli iş rejimi nəticəsində işlər yekunlaşmaq üzrədir
-
“4 il fasiləsiz işləyib”
Mingəçevir SES-də riski artıran ciddi nöqsan aradan qaldırıldı
-
İstehsal da artdı, ixrac da...
3 milyon ...
-
Göstəriş icraata götürüldü
“Azərenerji”dən operativ davranış
-
“İşlə təmin olunsun”
Birinci-vitse prezident “Azərenerji”yə göstəriş verdi
-
“Azərbaycan” 3 ilə tamamilə yenidən qurulacaq
“Reabilitasiya proqramı” öz nəticəsini göstərir
-
Pirverdiyevin işığını “söndürən” səbəb
Dövlət Komissiyası “Azərenerji”də ciddi nöqsanlar aşkarlayıb ...
-
Pirvrediyevin yox olan etibarı
Prezident İlham Əliyev “Azərenerji”nin rəhbərini qovdu, yerinə ...
-
Zakir Həsənov Etibar Pirverdiyevlə...
... hərbi limanı gəzdi
-
Ötən ilin iyul ayının 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və artıq bir həftədir ki, “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.
Təmir-bərpa işlərinin aparılması üçün “Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb.
Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə “Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq.