İxtisarlar edən qurum bu dəfə işçi axtarır
500-800 manat arasında əməkhaqqı vəd edilir
“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir. Bunun üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır.
Bu haqda qurumdan bildirilib.
Qeyd olunub ki, aşağıdakı sahələr üzrə işçi axtarılır:
Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis;
Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;
Mühərriklərə texniki xidmət edən mütəxəssis;
Elektrik maşın, aparat və cihazların sazlayıcısı;
Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;
Buxar və turbin qurğuları üzrə mühəndis;
Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti;
Qazan avadanlıqları üzrə mühəndis;
Rele mühafizəsi və avtomatika üzrə mühəndis;
Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis;
Elektrik mühəndisi;
İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;
Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.
Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.
Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji" ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.