vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
14:12 | 12 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Salamovların icadı

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira ediblər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yeni velosipedin müəllifləri isə akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur. 

Avrasiya Patent Təşkilatı yeni ixtiranı tanıyıb və müəlliflərə 030801 seriya nömrəli şəhadətnamə verib. Azərbaycanın ümumilikdə ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işi olan sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.