07:54 | 25 fevral 2014 | Çərşənbə axşamı
Məqaləyə 2884 dəfə baxılıb
Şriftin ölçüsü
49 mərtəbəli «Bakı Qülləsi»
Paytaxtda yeni biznes mərkəz tikilir
«Azinko Holdinq» Bakıda Heydər Əliyev prospekti 109 ünvanında (Şəfa stadionunun yaxınlığı) «Bakı Qülləsi» (Baku Tower) adlı iş mərkəzinin tikintisinə başlayıb. Artıq binanın özülü tökülüb.
«Marja»nın məlumatına görə, tikinti ərazisinin girişində vurulmuş məlumat lövhəsində qeyd olunur ki, 251,8 metr hündürlükdə olacaq iş mərkəzi 49 mərtəbədən ibarət olacaqdır.
Layihənin podrarçısı «Azinko Holdinq» MMC-nin təsisçisi olduğu «Azvitil Tikinti» MMC-dir. İş mərkəzinin layihəsini «Arxin-M Ltd» MMC hazırlayıb.