vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
10:07 | 16 fevral 2019 | Şənbə Məqaləyə 1437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müsəlman olduğumuza görə ...”

Ərdoğan Avropa Birliyinə qəbul edilməmə səbəbini açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Avropa Birliyinə (AB) qəbul edilməməsinin yeganə səbəbi müsəlman ölkəsi olmasıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber”ə müsahibəsində deyib.

“Müsəlman olduğumuz üçün bizi Avropa Birliyinə qəbul etmirlər. Qoy bunu açıq desinlər, lakin onlar bunu bacarmırlar. Kameraya bir söz, bağlı qapılar arxasında başqa söz deyirlər”, - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, Avropa Birliyinə giriş üçün ölkə qarşısında daim yeni şərtlər qoyurlar: “15-dən başlamışdılar, artıq 35-ə çatdırıblar”.

Xatırladaq ki, Türkiyə 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür, 14 aprel 1987-ci ildə AB-yə daxil olmaq üçün ərizə verib. Onun AB-yə qəbulu üçün danışıqlar prosesi 3 oktyabr 2005-ci ildə başlanıb. Birliyə daxil olmaq üçün, Türkiyə Avropa Komissiyası ilə danışıqları 35 punktdan 33-ü üzrə (iki punkt razılaşdırma tələb etmir) müvəffəqiyyətlə başa çatdırmalıdır. Amma 2017-ci ilin iyulunda Avropa Parlamenti Avropa Birliyini və Avropa Komissiyasını, Türkiyə hakimiyyəti Konstitusiyaya düzəlişlər etməyənə qədər, onun AB-yə daxil olması üzrə danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.