
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
Türkiyədən Almaniyaya gələn həkimlərin sayında yeni rekord qırılıb. 2022-ci ilin məlumatlarına görə, Almaniyaya gedib hazırlıqlarını başa vuran həkimlərin sayı 2417 nəfər olub. Onlardan 1227-nin ixtisaslı həkim olduğu açıqlanıb. Bununla Almaniya sıfırdan həkim yetişdirmək üçün pul xərcləmək əvəzinə xeyli qənaət əldə edib. Belə ki, bu ölkədə həkim yetişdirmək üçün 400 min avroya yaxın vəsait xərcləndiyi halda, mütəxəssislər üçün bu rəqəm 500 min avronu keçmir.
Son bir ildə qeydə alınan miqrasiya ilə Almaniyanın həkim təhsilinə qənaəti 4 milyard avrondan çoxdur. Türkiyədən başlayan ixtisaslı tibb işçisi axını Almaniyanın əlini yüngülləşdirir. Bu ilin dekabr ayına qədər Türkiyədən Almaniyaya getmək üçün “icazə sertifikatı” alan türk mütəxəssis həkimlərin sayı rekord qıraraq 1227-yə çatıb. Sertifikat alan ümumi praktikantların sayı 1190-a çatıb. Bu rəqəm Türkiyədən gələn həkimlərin immiqrasiyasında rekorddur. İsveçrə və digər ölkələrə gedənlər bu rəqəmlərə daxil deyil.
Son 10 ildə Türk Tibb Birliyinin sayındakı artım nəzərəçarpacaq dərəcədə artır. İllərə görə Almaniyaya gedən həkimlərin sayı belədir:
2012-59
2013-90
2014-118
2015-150
2016-245
2017-482
2018-802
2019-1047
2020-931
2021-1405
2022 (noyabr ayına qədər) - 2417
***
Almaniyada təxminən 15 000 həkim çatışmazlığı var. Türkiyədən gələn həkimlərin sayı 10 minə çatıb.
Bunla belə həkim çatışmazlığı davam edir. Xüsusən də ixtisaslı tibb işçisi azlığı səbəbindən bəzi klinikalar bağlanmağa başlanıb. Hessen əyalətinin Usenqen şəhəri xəstəxanasının doğuş şöbəsində mamaça olmadığı üçün bağlanmaq qərarına gəliblər.
Türkiyədən həkimlər gəlməsə, daha bir çox xəstəxananın bağlanma təhlükəsi ilə üzləşəcəyi bildirilib.
Türk həkimlərin axını bu şəkildə davam edərsə, Almaniyanın 2025-ci ilə qədər kəsirinin böyük ölçüdə həll olunacağı düşünülür.