vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
13:07 | 3 aprel 2019 | Çərşənbə Məqaləyə 2309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankların qiymətli kağız sevgisi

Depozitlər və kreditlər dəbdən düşür?

Samir ƏLİYEV

Bankların gəlirlərini diversifikasiya etməkdə davam edir. Diqqəti çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdır. Bunun Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərindən görmək olar. Məlumata görə, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8 faiz artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə - 14,1 faizə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2 faiz, 2017-ci ildə isə 9 faizə yaxın olub.

Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2 faiz azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4 faizə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4 faizə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9 faiz olub.

Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1 faizə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da aktivlərdə payı azaldıb.

Ümumilikdə isə bankların aktivləri zəif olsa da artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımı dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq.