vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
10:53 | 6 iyun 2019 | Cümə axşamı Məqaləyə 1919 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadağa ləğv edildi

İllik qiyməti 2 olanlar da yekun imtahana buraxılacaq

Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.

Başqa sözlə, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarına əsasən, indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayıblar. Dəyişikliyə əsasən, fənn (fənlər) üzrə illik qiyməti 2 olan şagirdlərlə bağlı bu qadağa aradan qaldırılıb.

Müvafiq olaraq Nazirlər Kabineti "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda da dəyişiklik edib. Qaydaya əsasən, bu vaxta qədər ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslərlə bağlı hissə Qaydalardan çıxarılıb.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.