Hörmüz boğazındakı “sümük” böyüyür
Böyük Britaniya xüsusi təyinatlılarını Fars körfəzinə yollayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Oman körfəzində tankerlərə hücum edildikdən sonra Böyük Britaniya öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılarını yollamaq niyyətindədir. Bu barədə “The Times” nəşri yazıb.
Mənbəyə görə, kifayət qədər dar olan və tankerlərlə dolu Hörmüz boğazında istənilən ciddi zərbə faciəvi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, Böyük Britaniyanın Kral Hərbi-Dəniz Donanmasının komandanlığı regiona 100 nəfər xüsusi təyinatlı yollamağı planlaşdırır.
Onlar Britaniyanın Bəhreyndəki hərbi-dəniz bazasında yerləşəcək və əsas çevik reaksiya qüvvəsi olacaqlar. Onların vəzifələrinə Fars körfəzi hövzəsində patrul xidməti, həm hərbi, həm də ticarət gəmilərinin Hörmüz boğazında mühafizəsi daxil olacaq.
Dəniz piyadalarının regiona nə vaxt səfər edəcəkləri hələlik dəqiq məlum deyil, lakin bu plan bu gün, iyunun 16-da, hökumət komitələrindən birində müzakirə edilməlidir.
Daha öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Oman körfəzində tankerlərə hücuma görə məsuliyyəti İran ordusunun elit və nüfuzlu bölməsi hesab olunan SEPAH-ın üzərinə atmışdı. Buna qədər isə ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini mülki tankrlərə hücumda ittiham etmişdi.
Xatırladaq ki, iyunun 13-ü səhər saatlarında Oman körfəzində iki neft tankerinə hücum olunmuşdu. Onlardan biri nafta, digəri isə metanol daşıyırdı. Hər iki tankerin şəxsi heyətini xilas etmək mümkün olub.
Rəsmi Tehran bu hücumlara hər hansı bir aidiyyatının olmadığını bəyan edib və ABŞ-ı İrana qarşı iqtisadi terrorçuluğu maskalayaraq, Yaponiya ilə danışıqları pozmağa cəhddə ittiham edib. (Virtualaz.org)