İmperiya...
Rus xalqının tək sifarişi
Zümrüd YAĞMUR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də “dərhal”
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
Krım ətrafında yaranmış gərgin vəziyyət davam edir. Artıq Rusiyanın Krıma daxil olduğu, yolların tutulması, hətta Rusiya bayrağının dalğalanması haqqında məlumatlar gəlir. Bu bizə bir müddət öncə Rusiyanın Gürcüstanda etdiklərini xatırladır. Amma yəqin ki, Rusiya bu dəfə etmək istədiyini asanlıqla əldə edə bilməyəcək.
Bəzən adama elə gəlir ki, Rusiyanın xüsusən xarici siyasətində ağıl və hesablamalardan çox hikkə əsas rol oynayır. Kobud müdaxilə və bəzən hətta insanı siyasət adına heyrətə gətirəcək dərəcədə heç nəyə məhəl qoymadan hərəkət edən Rusiyanın Krımda da arxayınlıqla hərəkət etməsi indiki halda onu deməyə əsas verir ki, Krım bu ölkənin baş bəlasına çevrilə bilər.
Ukraynanın bölünməsi, əslində Rusiyanın bu bölgədə yenidən güc əldə etməsi və bundan sonra da daha geniş ərazidə söz sahibi ola bilməsi üçün böyük imkanlar yaradacaq. Belə olan halda Qərbin bu olanlara seyrçi qalmayacağı bəllidir. Keçən gün ABŞ prezidenti Barak Obama məhz Krımla bağlı açıqlamasında bunu açıq şəkildə vurğuladı. Amma Rusiyanın bütün hallarda heç bir beynəlxalq öhdəliyi nəzərə almayan xarici siyasətə və güc tətbiqinə sahib olduğunu göz önündə tutsaq, vəziyyətin güman edildiyindən daha mürəkkəb olacağını söyləməyə əsas var.
Bildiyimiz kimi, Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının prezidenti Krımla bağlı bəyanatla çıxış etdi. O, Krım tatarlarının razılığı olmadan orada hər hansı bir siyasi gedişin düzgün olmadığını bildirdi.
Bu bəyanat onu deməyə əsas verir ki, Krımda baş verənlər Rusiyanın daxilində birmənalı qarşılanmayacaq. Bu dəfə Rusiya Federasiyasının daxilində yaşayan qeyri-rusların bu işğala münasibəti fərqli ola bilər ki, bu da ölkənin dağılması ilə nəticələnə bilər. İndiki halda başqa bir dövləti - Türkiyəni də unutmaq olmaz. Amma son dönəm Türkiyədə baş verən hadisələr, hakimiyyət böhranı hadisələrə aktiv müdaxilə imkanını məhdudlaşdırır. Daxildə hakimiyyəti böyük zərbə almış Ərdoğanın indi başı rüşvət qalmaqalına qarışdığından o Krıma müdaxilə edib Rusiya ilə burun-buruna gəlmək kimi bir gücə sahib deyil. Amma Ərdoğan iqtidarının Krımda baş verənlərə seyrçi qalması Türkiyənin son vaxtlar bölgədə əldə etdiyi gücün zəifləməsinə gətirib çıxara bilər.
Krım hadisələrində diqqətimi çəkən və açığını deyim ki, məni düşündürən cəhətlərdən birinə toxunmadan yazını bitirmək istəmədim. Ötən gün Rusiya sosial şəbəkələrində 18-45 yaş arasında orduda xidmət keçmiş peşəkar hərbçilərin turist kimi Ukraynaya göndərilməsi ilə bağlı elan verilib. «Vkontakte» sosial şəbəkəsinin çoxsaylı qruplarında bununla bağlı çağırışlar yer alıb. Qruplarda rus kişiləri əsas müqavimət nöqtələri sayılan Krım, Xarkov və Donetskə getməyə çağırılır. «Biz rus turistlər qonşu dövlətin ərazisində nə qədər çox olsaq, bizim dövlət rəhbərliyinin xaricdəki vətəndaşlarımızın hüquqlarını qoruması üçün o qədər rəsmi əsası olacaq. İndi Krımda bütün rus xalqının və bizim Böyük Rusiyamızın taleyi həll olunur», - deyə, təşkilatçılar bildirib.
Bu müraciətdə diqqətimi çəkən cəhət o oldu ki, Rus xalqının demokratiya, azad ölkə kimi sosial sifarişi yoxdur. Rusiyanın bölgədə apardığı və inadla vaz keçmək istəmədiyi imperiya maraqlarının haradan qaynaqlandığı, bunun təkcə bir dövlət siyasəti olmadığı bəlli olur. Bir müddət əvvəl Abxaziyanı işğal edən Rusiya bu gün həmin bölgəni təmin etmək, orda qoşun saxlamaq üçün külli miqdarda vəsait xərcləyir. Amma Rusiyanın daxildə bu vəsaitin xərclənməsi və ölkə büdcəsinə yük olduğu ilə bağlı hakimiyyətə yönəlmiş qınaqlar yoxdur.
Çünki Rus xalqının tələbi və siyasi şüuru Rusiyanın azad olması deyil, böyük olması ilə bağlıdır.
Demək ki, Rus xalqına demokratik ölkə yox, əzici Rusiya lazımdır. (axar.az)