vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
13:40 | 2 mart 2014 | Bazar Məqaləyə 1635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atışma başladı

Hər an rus qoşunlarına Ukrayna ordusu üzərinə hücuma keçmək əmri verilə bilər, Kanada Rusiyadakı səfirini geri çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna mənbələrinin bu dəqiqələrdə yaydığı xəbərə görə Rusiyanın Krıma yeritdiyi desant qüvvələri Ukrayna ordusunun Sevastopoldakı hərbi hissəsinə hücuma keçib.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya desantçıları Ukrayna hərbi dəniz qüvvələrinin 39-cu xüsusi təyinatlı hissəsinə həmlə edir. Desantçılar hərbi hissəyə «Kamaz» maşınlarında gəliblər, maşınlardan biri hərbi hissənin nəzarət-buraxılış məntəqəsini dağıdaraq içəri keçib. Ukrayna ordusunun BTR-ləri hərbi hissəni müdafiə etmək üçün maşının qarşısını kəsib.

Rusiya desantı silah tətbiqi ilə hədələyir. Ukrayna ordusunun bir neçə zabiti əsir götürülüb, kazarmalardan birində yanğın başlayıb. Ruslar hərbi hissəni avtomatçılara mühasirəyə alıblar, atışma səsləri eşidilir. Lakin tərəflər hələlik bir-birlərinə yox, havaya atəş açırlar. Rusiya desantı hərbi hissənin ələ keçirilməsi barədə əmr aldıqlarını bildirir və tezliklə hücuma keçəcəkləri haqda xəbərdarlıq edir.

Rusiyanın Krımı işğal etdiyi və Ukraynanın qalan ərazilərinə qoşun yeritmək barədə qərar verdiyi bir vaxtda Qərb dövlətləri hələlik diplomatik təzyiqlər və bəyanatlarla kifayətlənirlər. ABŞ prezidenti Barak Obama martın 2-nə keçən gecə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və onu Ukraynaya hərbi müdaxiləni dayandırmağa çağırıb. Həmçinin ABŞ prezidenti bildirib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq «Böyük səkkizlər»in bu ilin iyun ayında Soçidə keçiriləcək sammitinə hazırlığı dayandırır.

Kanadanın baş naziri Steven Harper də ölkəsinin Rusiyada keçiriləcək «Böyük səkkizlər»in sammitinə hazırlığı dayandırdığını və Moskvadakı səfirini geri çağırdığını elan edib.

ABŞ dövlət katibi Con Kerri növbəti bəyanatla çıxış edərək deyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları regionda gərginliyi artıracaq və Vaşinqtonla Moskva arasında münasibətləri korlayacaq. Con Kerri ABŞ-ın qlobal tərəfdaşları ilə təcili telekonfrans keçirdiyini və «sonrakı addımları» müzakirə etdiyini deyib. Dövlət katibi Ukraynaya kömək ediləcəyini bildirib, lakin köməyin nədən ibarət olacağını açıqlamayıb.

Ukrayna hərbi komissarlıqları isə ehtiyatda olan hərbi qulluqçulara təcili çağırış vərəqəsi göndərib. Bu qərar ölkədə ümumi səfərbərliyin elan edilməsinə hazırlıqla bağlıdır. Bu dəqiqələrdə Ukrayna Ali Radası ölkədə yaranmış vəziyyəti qapalı iclasında müzakirə edir. Gözlənilir ki, Rusiyanın hərbi təcavüzü il bağlı ölkədə ümumi səfərbərlik və fövqəladə vəziyyət elan ediləcək.

Ukraynanın yeni baş naziri Arseni Yasenyuk isə bildirib ki, şənbə günü axşam ona Rusiyanın baş naziri Dmitri Medvedyev zəng edib və Ukraynaya hərbi müdaxilə qərarının olmadığını, yalnız belə ehtimalın mövcudluğunu deyib. Yasenyuk deyib ki, telefon danışığı zamanı Rusiya qoşunlarının Krımdan çəkilməsini tələb edib.

«Biz suverenliyimizi qorumağa hazırıq. Əgər Rusiya hərbi müdaxiləyə başlasa bu, iki ölkə arasında müharibəyə və bütün münasibətlərin kəsilməsinə səbəb olacaq» - deyə Yasenyuk bildirib.