«Heç nə qələbəmizə kölgə sala bilməz»
««Bakı» yüksəlişdədir, amma»
Emin SƏFƏROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
Futbol üzrə Azərbaycan milli komandasının və «Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayevin futbolinfo.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
- «Neftçi» üzərində böyük hesablı qələbə qazandınız. Oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Oyuna yaxşı hazırlaşmışdıq. Çalışırdıq ki, qələbə qazanıb, rəqiblərimizlə aramızda olan xal fərqini artıraq. Şükürlər olsun ki, istədiyimiz kimi də oldu, nəticə qazandıq. Qələbə qazanmaq bizim üçün önəmli idi.
- Rəqibin ikinci hissədə azlıqda qalmasının böyük hesablı qələbə qazanmanızda nə dərəcədə rolu oldu?
- Qırmızı vərəqəyə qədər hesab artıq 2:0 idi. Bizim qələbəmizə heç nə kölgə sala bilməz. Düşünürəm ki, layiqli qələbə qazandıq. İstəməzdim kimsə desin ki, «Qarabağ» qırmızı vərəqəyə görə qələbə qazandı.
- Ümumiyyətlə, belə bir qələbə qazanacağınızı gözləyirdiz?
- Düzü, inanmazdım ki, bol qollu bir matç olsun. Bizim üçün hesabın 5:0 və ya 10:0 olması fərq etmir. Bizə lazım olan 3 xal idi, onu də əldə etdik.
- Növbəti turda «Bakı» ilə qarşılaşacaqsız...
- 3-cü dövrəyə uğurlu start götürmüş komandaya qarşı oynayacağıq. Demək olar ki, «Bakı» yüksəlişdədir. Bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, digər oyunlarda olduğu kimi, «Bakı» ilə matçda da meydana ancaq qələbə üçün çıxacağıq.
- Turnir cədvəlinə nəzər saldıqda 2, 3 və 4 yerlərlə aranızda 6, 8 və 10 xallıq fərq olduğunu görərik. Demək olarmı ki, «Qarabağ» artıq özünü çempion hesab edir? Ümumiyyətlə, komandanızda bu xal fərqi ilə əlaqədar arxayınlıq var?
- Xeyr, heç də arxayınlıq yoxdu. Fikrimcə, rəqiblərimizlə aramızda olan xal fərqi elə də böyük deyil. Nəzərə almaq lazımdı ki, 2 tur məğlub olsaq, arada olan xalq fərqi qapana bilər. Bütün oyunlarda qələbə qazanmaq lazımdı.
- Azarkeşlərinizə çempionluq vədi verə bilərsiz?
- «Neftçi» ilə matçda azarkeşlərimiz bizə yaxşı dəstək oldular. İstərdim ki, Avroliqa oyunlarında olduğu kimi, çempionat matçlarına da çoxlu azarkeş axını olsun. Çempion olmağımız üçün onların dəstəyinə ehtiyacımız var. Bizin çempion görmək istəyirlərsə, mövsümün sonuna qədər dəstək olmalıdılar. Bir daha onlara öz təşəkkürümü bildirirəm.
- Yığmanın təlim-məşq tolanışı necə keçir?
- Yeni çağırılmış futbolçular çoxdu. Rəşad Sadıqov, Ruslan Abışov, Kamran Ağayev kimi təcrübəli futbolçular da toplanışa dəvət alıblar. Hazırlığımız öz qaydasında davam edir. Hər şey yüksək səviyyədədir.
- Yoldaşlıq görüşündə Filippin yığması ilə qarşılaşacaqsız. Filippinlə oyundan nə gözləyirsiz?
- Bu görüş bizim üçün elə də əhəmiyyətli deyil. Amma yoxlama görüşü olmasına baxmayaraq, qələbə qazanmaq istəyirik.