12:25 | 19 fevral 2022 | Şənbə
Məqaləyə 1474 dəfə baxılıb
Şriftin ölçüsü
Mehdiyevin istefa ərizəsi qəbul olundu
Səlahiyyətləri isə akademik Arif Həşimova həvalə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. (APA)
12:04
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunur. (“Trend”)