Donbas haqda nələri bilirsiniz?
Donetsk və Luqansk hadisələrinə qısa ekskursiya
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Severodonetskdən ziddiyyətli xəbərlər gəlir
İşğaılçılar azot-kimya zavodunu bombalayıb, partlayış baş verib
-
Donbas separatizminin tarixi
8 ildir sönməyən alov şiddətlənmək üzrədir
-
“İnsan həyatları ilə oynamayın”
Rusiya mülki əhali ilə “məsuliyyətsiz” davranaraq onların həyatını riskə atmaqda suçlanıb
-
“Tamamilə panikadır”
Luqanskdan qaçanlar danışır: “Biz həmişəlik gedirik”
-
Cəhənnəmə ki...
Separatizmə dəstək verənlərin səksəkəli həyatı bitməyəcək
-
Donetskin bir addımlığında
Ukrayna ordusu yeni mövqelər ələ keçirib
-
“Onun verdiyi vədlər yalan idi”
Saakaşvili: “Poroşenko məndən tələb edirdi ki…”
-
Rusiya mediası niyə çabalayır?
Həqiqətən kollektiv patologiyalar olurmuş...
-
«Böyük müharibəyə hazırlıq başlayıb»
Kreml iki şərtə görə güzəştə gedəcək
-
Strateji yüksəklik və bir neçə qəsəbə
Ukrayna ordusu Luqanskda hücuma keçdi?
-
«Krımda yenidən referendum keçirilməlidir»
Kseniya Sobçak: «Orda yaşayan insanlara geosiyasət subyekti kimi yanaşa bilmərik»
-
«Bizim gücümüz birliyimizdədir»
Vygaudas Uşaçkas: «Putin getməyincə Rusiya-Avropa münasibətləri düzəlməyəcək»
-
«Putini noyabrda cəzalandıracaqlar»
Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?
-
ABŞ separatçılar haqda şərhi onlara layiq bilmədi
Dövlət Departamenti «Malorossiya» yaradılması haqda...
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Ukraynanın şərqində rusdilli Donetsk və Luqansk regionlarını müstəqil dövlətlər kimi tanıyıb, onları artıq Ukraynanın bir hissəsi olmadığını bəyan edən sənədlər imzalayıb. Bundan bir neçə saat öncə isə regionların separatçı liderləri müstəqilliklərinin tanınmasına çağıran video-müraciət paylaşıblar.
Yer
Donbas kimi tanınan Donetsk və Luqansk regionları Ukraynanın şərqində Rusiya ilə sərhəddə yerləşir. Regiona Kiyev, habelə separatçıların nəzarət etdiyi ərazilər daxildir. Regiondakı əsas sənaye sahələri kömür hasilatı və polad istehsalıdır.
Əhali
Donetsk və Luqansk regionlarında yaşayan 3.6 milyon insanın çoxu, regiona İkinci Dünya Müharibəsindən sonra sovet dövründə rusiyalı işçilərin miqrasiyası səbəbi ilə rusdillidir. “Associated Press”in məlumatına görə, Moskva son illərdə region əhalisinin təxminən beşdə birinə 720 mindən çox Rusiya pasportu verib.
Üsyançılar nəzarət edir
Donetsk və Luqansk regionlarında Rusiya tərəfdarı separatçılar 2014-cü ildə hökumət binalarını ələ keçirib və regionları müstəqil “xalq respublikaları” elan edib. Bu, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsindən sonraya təsadüf edib.
Döyüş
2014-cü ildən bəri Donbas regionunda Rusiya tərəfdarı separatçılarla Ukrayna qüvvələri arasında döyüşlərdə 14 mindən çox insan həyatını itirib. Ukrayna və Qərb Rusiyanı separatçıları həm hərbi həm də maliyyə dəstəyi ilə təmin etməkdə ittiham edir. Moskva isə bu ittihamları rədd edir.
Döyüşlər zamanı 2014-cü ildə Ukraynanın şərqi üzərində uçan Malayziyaya məxsus təyyarə vurulub və nəticədə təyyarədəki 298 nəfər həyatını itirib. Beynəlxalq təhqiqatçılar təyyarəni vuran raketin Rusiyaya məxsus olduğunu və Rusiya tərəfdarı separatçıların nəzarət etdiyi ərazidən atıldığını bildirib. Rusiya insidentdə əli olduğunu inkar edib.
“Müstəqillik”
Donetsk və Luqansk regionlarındakı separatçılar 2014-cü ildə nəzarəti ələ keçirəndən sonra, müstəqillik elan etmək üçün səsvermə keçirilər. İndiyə kimi heç bir ölkə onların müstəqillik tələbini tanımamışdı. Bazar ertəsi isə Putin Rusiyanın Təhlükəsizlik Şurası ilə görüşdən sonra regionların müstəqilliyini elan edib. Onun açıqlaması regionların separatçı liderlərinin müstəqilliklərinin tanınması üçün video müraciət yaymlarından sonraya təsadüf edib.
Regional liderlər
Hər bir regionda özünü prezident elan etmiş şəxs var. Denis Puşilin 2018-ci ildə Kyivin etiraz etdiyi səsvermə nəticəsində qondarma Donets Xalq Respublikasının başçısı, Leonid Paseçnik isə Luqansk separatçı regionun lideri seçilib.
Minsk sülh prosesi
Rusiyanın regionları tanıması heç vaxt tam yerinə yetirilməmiş Minsk sülh razılıqlarına faktiki olaraq son qoyur. 2014 və 2015-ci ildə imzalanan sazişlər Ukrayna daxilinə regionlara çox sayda muxtariyyətin verilməsinə çağırırdı.
Digər separatçı bölgələr
Rusiya daha öncə də 2008-ci ildə Gürcüstanla qısa bir müharibənin ardınca Gürcüstanda iki separatçı regionunun – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Rusiya o zamandan bəri həmin regionlarda qoşunlarını yerləşdirib və əhaliyə Rusiya vətəndaşlığı verib.
2020-ci ilin sentyabrın 27-nə qədər Dağlıq Qarabağdakı ermənilər də bu siyahıya daxil idi. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu bu problemi böyük ölçüdə həll etmiş oldu. Artıq bölgədə erməni separatçı birlikləri yox sayılacaq səviyyədədir.