vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
20:14 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 1017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarici borcumuz azalıb

1.5 milyard dollar eniş var

Bu il yanvarın 1-də müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393 milyon ABŞ dollarına bərabər olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini təşkil edir.

Vurğulanır ki, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon dollardır: “Ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib”.

Nazirlik bildirir ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə həmin ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon dollar azalıb.

Ötən ilin əvvəlində Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) olmuşdu.