vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
13:20 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Saçım tamam tökülüb»

«Mənim üçün vacib olan səsdir, o da...»

«Saçım tamam tökülüb, amma səsim əməlli-başlı düzəlir. Mənim üçün vacib olan səsdir, o da bərpa olunur. Buna çox sevinirəm».

Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur aparıcı Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, martın 5-də Türkiyədə ikinci kimyaterapiyanı qəbul edib: «Kimyaterapiyanın əsas fəsadı üç-dörd gün sonra olur. Ağrılar, narahatlıq əmələ gəlir. Hələ ki, səhhətim normaldır, özümü fəsadlara hazırlayıram».

R.Hüseynov əlavə edib ki, 21 bir gün fasilə ilə iki kimyaterapiya qəbul etməlidir.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.