vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
10:20 | 13 aprel 2022 | Çərşənbə Məqaləyə 872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Artım tendensiyası davam edir

Qeyri-neft sektorunda 10 faizdən çox böyümə var

Vüqar BAYRAMOV

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib. Qlobal şokların aktiv olmasına baxmayaraq ötən rübdə Azərbaycan iqtisadiyyatı sürətli artım tempini qoruyub saxlaya bilib. Belə ki, birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı isə 10 faizdən çox böyüyüb.

Bu ilin əvvəlində minimum əmək haqqının və eləcə də dövlət sektorunda çalışanların maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə təsirsiz ötüşməyib. 2022-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub. Muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu ilin ilk 3 ayında ixrac idxalı 5,1 milyard dollar üstələyib və bu da xarici ticarət balansında böyük müsbət saldonun yaranmasına səbəb olub. Sözügedən müddətdə dünya bazarında müşahidə edilən qiymət artımları Azərbaycan istehlak bazarından da təsirsiz ötüşməyib. 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin uyğun dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib. Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib.

Bütövlükdə, bu ilin ilk rübünün nəticələri Azərbaycan iqtisadiyyatında artım tendensiyasının davam etdiyindən xəbər verir. 2021-ci ildə ÜDM 5.6 faiz böyümüşdürsə, 2022-ci ilin ilk 3 ayında artım 6.8 faizədək yüksəlib. Bir sıra əsas ticarət tərəfdaşlarımızdakı valyuta qıtlığının müşahidə edilməsi fonunda Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi bu ilk rübünün nəticələrini müsbət qiymətləndirməyə imkan verir.