vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:57 | 7 mart 2014 | Cümə Məqaləyə 1502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama Putinlə danışdı

ABŞ prezidenti şərtlərini irəli sürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna mövzusunda növbəti telefon danışığı olub. APA-nın xəbərinə görə, Ağ Evin açıqlamasında bildirilir ki, B.Obama 1 saat davam edən söhbətdə Ukrayna böhranında çıxış üçün Ukrayna xalqının, Rusiyanın və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə alan ssenari təklif edib.

ABŞ prezidentinin təklifləri aşağıdakılardır:

 

  • Ukrayna və Rusiya arasında beynəlxalq birliyin iştirakı ilə birbaşa danışıqlar aparılması;
  • Beynəlxalq müşahidəçilərin Ukraynada bütün vətəndaşların, o cümlədən etnik rusların bütün hüquqlarının qorunmasına təminat verməsi;
  • Ukraynaya yeridilmiş əlavə Rusiya qoşunlarının öz bazalarına qayıtması;
  • Ukraynanın may ayında keçiriləcək prezident seçkilərinə hazırlığının beynəlxalq birlik tərəfindən birgə dəstəklənməsi.

 

B.Obama bildirib ki, dövlət katibi Con Kerri problemin diplomatik həlli üçün Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna hökuməti və digər tərəflərlə danışıqları davam etdirəcək. 

Kremlin mətbuat xidmətinin məlumatında isə deyilir ki, V.Putin Rusiya-ABŞ münasibətlərinin dünyada sabitlik və təhlükəsizliyin təmin olunması baxımından çox vacib olduğunu söyləyib. Onun fikrincə, bu münasibətlər ayrı-ayrı beynəlxalq problemlərə (hətta bu problemlər çox önəmli olsa belə) qurban verilməməlidir. Ağ Evin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflərin Ukraynada böhranın yaranması və cari vəziyyətlə bağlı yanaşmalarında və dəyərləndirmələrində fərqlilik olduğu ortaya çıxıb. V.Putin B.Obamanın nəzərinə çatdırıb ki, Rusiya Ukraynanın cənub-şərqindən gələn kömək barədə çağırışları diqqətə almaya bilməz və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət edir.