vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
17:00 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Su təminatı ilə bağlı 30 illik plan

İsrail şirkəti Azərbaycanda aqrar sahəylə əlaqədar tövsiyələr hazırlayacaq

İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar saziş imzalayıb. Bu saziş Azərbaycanın kənd təsərrüfatı üçün su qurumuna nəzarət və məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Bildirilir ki, tərəflər arasında əldə edilmiş sazişdə nəzərdə tutulur ki, “Mekorot” gələcəkdə müqaviləni genişləndirmək imkanı ilə Azərbaycan üçün kənd təsərrüfatının su təminatı ilə bağlı bir neçə milyon İsrail şekelli dəyərində baş plan hazırlayacaq və layihələndirəcək.

Qeyd edilir ki, saziş özündə mövcud vəziyyətlərin və su balansının təhlilini əhatə edəcək, həmçinin 30 illik planı əhatə edəcək fəaliyyət istiqamətlərini göstərir.

Hazırda Azərbaycan ölkənin bəzi ərazilərində ildə bir milyard kubmetrə qədər su itkisindən və tükənməsindən əziyyət çəkir. İsrail şirkəti isə səmərəlilik, suyun tükənməsinin azaldılması, monitorinq və texniki xidmət üçün qabaqcıl modellərin istifadəsi, həmçinin enerji xərclərinin azaldılması üçün tövsiyələr hazırlayacaq.

Bildirilir ki, “Mekorot” şirkəti innovasiya və texnologiya bölməsi vasitəsilə dünyada təbliğ edilən bəzi həllərinə çıxış təmin edir.

Qeyd edək ki, “Mekorot” şirkətinin rəhbərliyinin Azərbaycana səfəri maliyyə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub. (report.az)