vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
17:14 | 9 may 2022 | Bazar ertəsi Məqaləyə 1369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müəyyən addımlar atılıb”

Jurnalistə bıçaqla hücuma görə cinayət işi başlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

“Jurnalist Aytən Məmmədovanın naməlum şəxsin bıçaqla hücumuna məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a bildirib. E.Hacıyev deyib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Şöbə rəisinin vurğulamasına görə, onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

O habelə bildirib ki, Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb: “Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”.

Dünən, mayın 8-də bıçaqla hücuma məruz qalan jurnalist Aytən Məmmədova mayın 9-da səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, idarədə rəis müavininin qəbulunda olub: “Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir”.

A.Məmmədova deyib ki, səhər saatlarında ekspertizaya getməli olsa da, BŞBPİ-dən dəvət əsasında əvvəlcə həmin idarədə olub.