vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
14:22 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda «göz bankı» yaradılır

«Bir buynuz qişası iki nəfər arasında bölüşdürülə bilsə...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda gözün buynuz qışasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruri hesab edilir.

Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloqu Xəlil Hüseynov «Trend»-ə bildirib ki, hazırda Azərbaycanda qarşıya qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsidir.

Gözün buynuz qışasının transplantasiyası sahəsində boşluq olduğunu hesab edən baş oftalmoloq qeyd edib ki, 2003-cü ildən 2011-ci ilə qədər ölkədə bu əməliyyatlar keçirilib. Ancaq 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədi ilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilmədi: «Azərbaycanda buynuz qışasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı yoxdur. Ona görə də biz Azərbaycanda Göz Bankının açılacağını gözləyirik. Bu, spesipik bir bankdır. Orada göz xüsusi olaraq, transplantalogiya üçün hazırlanır».

X.Hüseynovun sözlərinə görə, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi olmasa da, İslam Respubloikası olan İranda bu tərcübə artıq çoxdan tətbiq edilir. Baş oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən insanların yaxınları ölmüş şəxsin orqanlarından tranplantalogiya məqsədilə istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar.

X.Hüseynov bildirib ki, əvvəllər bütün buynuz qişası digər insana köçürüldüyü halda, artıq indi bir buynuz qişası 2 nəfər üçün istifadə edilə bilər: «Əgər biz hər buynuz qişasını 2 nəfərin arasında bölüşdürə bilsək, bu, çox önəmli məsələ olar. Çünki buynuz qışasını tapmaq asan deyil».

Gözün buynuz qışasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirən həkim deyib ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda həmin həkimlərin nəzarəti altında ola bilmirlər.