vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
15:31 | 1 iyun 2022 | Çərşənbə Məqaləyə 1178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan startap reytinqində irəliləyib

Amma qazandığımız mövqe potensial imkanlarımız baxımından yetərli deyil

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Global StartupBlink” qurumu cari il üçün 100 ölkəni əhatə edən növbəti hesabatını açıqlayıb. “Global Startup Ecosystem” Reytinqinə görə Azərbaycan 2022-ci ildə 4 pillə irəliləyərək 85-ci yerə qalxıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib.

Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan  19 pillə geriləmişdi.

Hesabatdan görünür ki, ötən ildən başlayaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) “StartupBlink” qurumu ilə partnyorluq edir.

Azərbaycandan 43 startap, 11 innovasiya və kovörkinq mərkəzləri barədə məlumatlar da  “StartupBlink” bazasına daxil edilib.

Reytinqdən görünür ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində elələri var ki, cari ildə daha uğurlu nəticələr əldə edə biliblər.

Məsələn, startap ekosistemin inkişafına görə Gürcüstan 7 pillə, Ermənistan 5 pillə irəliləməklə reytinqdə daha irəlidədirlər.

Yalnız Ukrayna, Rusiya və Belarus ötən illə müqayisədə geriləsələr də, reytinqdə bizdən çox irəlidədirlər.

“StartupBlink” şirkətinin “Global Startup Ecosystem” Hesabatı hər il hər bir ölkə üzrə  ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət, Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.

Bu metodologiyada Kəmiyyət indeksinə startapların sayı, Kovorkinq mərkəzlərin sayı, Akselerasiya mərkəzlərin sayı, Startap tədbirlərin sayı və s. parametrlər daxildir.

Keyfiyyət indeksini ölçmək üçün müxtəlif beynəlxalq startap platformalardan əldə olunan məlumatlar, özəl sektorun startap ekosistemə investisiyası, startlarda çalışanların sayı , qlobal startap tədbirləri və s. parametrlərdən istifadə olunur.

Biznes mühiti indeksi isə  biznesin təşkili üçün mövcud şərtlər, İnternetin sürəti və internet azadlığı, investisiya mühiti, patentlərin sayı, rəqəmsal bankçılıq və s. əsasında müəyyən olunur.

Beləliklə, Azərbaycanın reytinqdə 4 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından yetərli hesab oluna bilməz.

Xatırladıram ki, ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), ASAN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).