vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
12:42 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa ay qaz ixracımız 2,2dəfə artıb

İstehsal daha da yüksələcək

Vüqar BAYRAMOV

Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib. Bütövlükdə, bu arada Azərbaycanın qaz ixracatı 27.0 faiz artıraq 9.4 milyard kub metrə çatdırıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Qeyd edək ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. “Qədim qitə” alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da hələlik və bəlli bir müddət “Qazprom” Avropada dominatlığını qoruyub saxlamağa çalışır.

Bu ilin ilk 5 ayının nəticələri də göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir.