vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
17:59 | 11 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 5980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kapital Bank»ın idarə heyəti dəyişdi

Yeni rəhbərlik bankın kapitalını 50 milyon manatdan 80 milyona qaldırmaq istəyir

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kapital Bank» ASC-nin səhmdarlarının bu gün keçirilən növbəti ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Paşa Holdinq» MMC-nin direktoru Mir Camal Paşayev Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Araz Ağayev, Afaq Mustafayeva və Emin Bağırov Müşahidə Şurasının üzvləri seçiliblər.

İclasda «Kapital Bank»ın Audit Komitəsi də yenidən formalaşdırılıb. Oqtay Həsənov Audit Komitəsinin sədri, Murad Əhmədov və Pərvin Salmanova Komitənin üzvləri seçiliblər.
Bununla yanaşı, «Kapital Bank»ın rəsmi auditoru olan «Ernst&Young» şirkəti tərəfindən təqdim edilmiş 2012-ci il üzrə illik hesabat da təsdiqlənib.
Yığıncaqda «Kapital Bank» ASC-nin nizamnamə kapitalının artırılması məsələsinə də baxılıb. Bankın nizamnamə kapitalının məbləğinin 50 mln. manatdan 80 mln. manata qaldırılması barədə qərar qəbul edilib.
Eyni zamanda, Müşahidə Şurasının sədri Mir Camal Paşayevin rəhbərliyi ilə keçirilən Şuranın ilk iclasında Bankın İdarə Heyətinin tərkibində də dəyişikliklər edilib. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rövşən Şamil oğlu Allahverdiyev seçilib. R.Allahverdiyev bu vəzifəyə qədər «Paşa Bank» ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
«Kapital Bank»da İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi də təsis edilib. Bu vəzifəyə Fərid Məmmədov, İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə Yaşar Məmmədov və Murad Şirəliyev, İdarə Heyətinin üzvü vəzifəsinə isə Bankın baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva seçiliblər.