vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
18:00 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 1468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zəiflər bu cərəyanlara qoşulub»

«Amma dövlət heç vaxt...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır».

APA xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə bağlı jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Ə. Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: «Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib».

PA rəsmisi bu gün Azərbaycanda jurnalistlərə hər cür şərait yaradıldığını vurğulayıb: «Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir».