Peşəkarlığa zəmanət varmı?
Xeyli qurum İT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığına başlayıb
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanın prioritet ixtisası
Xarici ölkələr İT mütəxəssisləri yetişdirib saxlamaq üçün milyonlar xərcləyir, bizdə isə ...
-
Rusiyadan baş götürüb qaçan İT mütəxəssislər hara gedirlər?
Relokasiya siyahısında Azərbaycan varmı?
-
Gələcəyin peşələri
Rəqəmsal texnologiyalar erasında da fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq
-
İtlər yaşılı qırmızıdan niyə seçə bilmir?
Yaşıl çəmənlikdə qırmızı topu tapmaq onlar üçün əsl problemdir
-
Narkoman it sahibini boğazlayaraq öldürüb
Mayor adlı balteryerin qanında yüksək miqdarda kokain və morfin aşkar edilib
-
«Oracle»ın Heraklı Bakıdaymış
Kamran Ağayev: «Dünyaya səs salacaq proqram hazırlayıram»
-
Günə xoş hisslərlə başlayın
Vəfalı köpək körpə uşağı dili ilə kisələdi
-
Son bir il ərzində ölkədə İT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında sanki bir yarış başlandığı müşahidə olunur.
Əvvəllər bu sahədə az sayda qurumlar, “Step İT Academy”, “Code Academy” və s. bu tip qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular.
İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar.
Hətta Elm və Təhsil Nazirliyindən fərqli bir çox dövlət qurumları da peşəkar İT təhsil sektoruna baş vurublar.
Bilmirəm, bəlkə də bu yaxşıdır.
Çünki, ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı var. İnanmaq istərdim ki, keyfiyyət də unudulmayacaq.
Ümid edirəm bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər.
Beləliklə, İT və kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığına iddialı olan yeni qurumları və layihələri təqdim edirəm:
1. İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Beynəlxalq “Alqoritmika” qurumu birgə “İT Akademiya” formalaşdırıblar və yaxın müddətdə 3000 İT mütəxəssis hazırlamağı hədəfləyiblər;
2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzi kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssislərinin köməyi ilə kadr hazırlamağı planlayıb;
3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən “Technest” layihəsinə start verilib. Məqsəd İT üzrə milli kadrların yetişdirilməsini sürətləndirməkdir. Nazirlik “İKT Lab” Tətbiq və Tədris Mərkəzi , “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” ilə bu istiqamətdə əməkdaşlıq edir;
4. Cari ildə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlığı məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlamağı hədəfləyib;
5. Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” şirkəti birgə memorandum imzalayıb və Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer” ilə birgə sahə üzrə təlimlər verməyi planlaşdırır;
6. Azərbaycan Texniki Universitetində Elmi Şuranın qərarı ilə Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəszilik kafedrası yaradılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyilə əməkdaşlığa başlanıb. Burada artıq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə kadr hazırlığına başlanıb;
7. ETN “Code Academy” ilə birgə BDU və AzTU-da İT sahəsi üzrə xüsusi kurslar təşkil edib.