
Britaniya viza qadağalarına hazırlaşır
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Piza qülləsinin əkizl ondan daha mailidir
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Kral olanda qardaşı və xanımın titullarını alacaq
Britaniyada çimərliklərdən çınqıl daşı, qum götürənlər 1000 funt-sterlinq cərimələnəcək
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
Bələdiyyə gəmiricilərlə mübarizə üçün orduya müraciət edib
“Bloomberg” sorğusunda aylıq göstəricilər gözləntilərin altında qalıb
Gözəllik yarışında köklü dəyişiklik
İbadət etməyənlər üçün pulsuz parkinq qadağası
3-ü polis maşını olmaqla 4 avtomobil bir-birinə çırpıldı
İngiltərə taxtının sahibi xərçəng müalicəsinin müvəqqəti yan təsirləri ilə bağlı müayinə olunub
«The Guardian» yazır ki, İngiltərənin Staffprdşir (Staffordshire) qraflığında balteryer iti BBC-nin sənədli film çəkən qrupunun gözü qarşısında sahibini iti dişləri ilə boğazlayaraq öldürüb.
İlkin müayinə itin qanında kokain olduğunu göstərib.
Məqalədə deyilir ki, itin sahibi Mario Perivoitos mart ayında baş vermiş bu hadisə nəticəsində öz evində ölüb, lakin orada olan BBC çəkiliş qrupu hadisəni lentə almayıb.
Şimali London Tibb Ekspertizasının nəticəsinə görə Mayor adlı itin belə davranışına onun krek kokain (çəkilməsi mümkün olan) yeməsi səbəb ola bilərdi.
Baytar-toksikoloq Nikolas Karmiçel (Nicholas Carmichael) müstəntiqlərə bildirib ki, itin sidiyində yüksək miqdarda kokain və morfin aşkar edilib.
Karmiçel deyib ki, «bu it narkotik maddələri istehlak edib və bəlkə də yeyib».
Onun sözlərinə görə itin hücumuna bunun səbəb olduğunu qəti demək olmasa da, narkotik maddələr heyvanın anormal davranışına səbəb ola bilərdi.
«Belə heyvanlar çox aqressiv olurlar, - deyib həkim, - Çox güman ki, bu itin hücumuna səbəb onun kokain qəbul etməsi olub».
Meyiti yarmış patoloq Culi Hiqqins (Julie Higgins) deyib ki, it sahibinin qırtlağını üzüb.
BBC jurnalistləri «Britaniyanın Narkotik Xəritəsi» adlı filmin çəkilişini aparırdılar və cənab Mario Perivoytos (Mario Perivoitos) həmin vaxt qıc olub.
Proqramın prodüseri Coşua Haddou (Joshua Haddow) iti sahibindən qopara bilsə də, artıq gec idi.
İş üzrə baş ekspert Endryü Uolker (Andrew Walker) məhkəmədə bildirib ki, Perivoitos hücumdan əvvəl kokain qəbul edibmiş.
Uolkerin qənaətinə görə itin sahibi epileptik sarsıntı keçirdiyi vaxt it qəfildən həyəcanlanıb.
Uolker BBC heyətinə cənab Perivoytosu xilas etmək cəhdinə görə təşəkkürünü bildirib.
Polis deyib ki, Mayoru «zərərsizləşdirmək» qərarı qəbul olunub.