vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
İngiltərədə nəhəng siçovul istilası 20:57 | 16 aprel 2025 | Çərşənbə Məqaləyə 72 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngiltərədə nəhəng siçovul istilası

Bələdiyyə gəmiricilərlə mübarizə üçün orduya müraciət edib

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 11-dən etibarən İngiltərədə tullantıların toplanması xidmətlərində davam edən tətil səbəbiylə siçovul böhranı yaşanıb. Birmingem sakinləri pişik boyda siçovulların evlərinin qarşısında yığılan zibillərə basqın etdiyini və yığılan zibil qoxusundan sağlamlıqlara pis təsir etdiyini deyirlər. Bələdiyyənin tapdığı həll yolu diqqət çəkib.

Böyük Britaniyada maaş mübahisəsi səbəbindən martın 11-də başlayan tətil zamanı minlərlə ton zibil yığılmayıb və ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Birmingem Şəhər Şurası, 2023-cü ildə faktiki olaraq müflis elan edildikdən sonra yerli xərcləri azaltmaq məcburiyyətində qaldığını söyləyib.

İşçiləri təmsil edən həmkarlar ittifaqı olan “Unite”, bu addımın işçilərin maaşlarının artırılmasını rədd etdiyini və bəzi işçilərin rütbələrini aşağı saldığını, nəticədə ən pis hallarda illik maaşların 8,000 funt sterlinqə qədər kəsilməsi ilə nəticələndiyini söyləyib.

Bələdiyyə ədalətli təklif etdiyini iddia edib və tətil edən işçiləri zibil maşınlarının anbarlardan çıxmasına mane olmaqda günahlandırıb.

***

Peterboro və Şeffild toplanmamış zibil yığınlarından və potensial siçovulların tüğyanından ən çox təsirlənən ərazilər arasındadır. Hazırda Cənubi Yorkşir şəhərində tətil keçirilir.

İndiyədək şəhərdə 21 min ton zibil yığılıb. Bu, siçovulların yayılmasına və ictimai sağlamlıqla bağlı narahatlıqlara səbəb olub.

***

Birmingemdə yaşayan insanlar “pişik boyda” siçovulların evlərinin qarşısında yığılan zibillərə basqın etdiyini və üfunət iyinin onların sağlamlıqlarına ziyan vurduğunu deyirlər.

Evinin kənarında divara söykənmiş onlarla qara zibil qutusu olan Bolsoll Hit sakini astma xəstəsi olduğunu qoxunun səhhətini pisləşdirdiyini deyib.

63 yaşlı Karol Dounes dedi: “Mənim astma xəstəliyim var və zibil qutuları və onların yanındakı qoxuya görə bağçaya girə bilmirəm. Siçanlar pişik boydadır və onların içəri girməsinə mane olmaq üçün qapını belə aça bilmirik".

***

Həmkarlar ittifaqı tətilindən bəri şəhərə səpələnmiş daşqın tullantılarının təmizlənməsinə kömək etmək üçün ordu personalı çağırılıb.

Böyük Britaniya hökuməti böhranı həll etmək üçün hərbi planlaşdırıcıları cəlb etməklə bir həll tapıb. Bu çərçivədə, sözügedən planlaşdırıcıların bələdiyyəyə müvəqqəti maddi-texniki dəstək verməsi gözlənilir.