Rusiyadan baş götürüb qaçan İT mütəxəssislər hara gedirlər?
Relokasiya siyahısında Azərbaycan varmı?
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
İnformasiya Texnologiyaları (İT) sektoruna çox tanış olan bir amerikan şirkəti var, EPAM. Onun bütün dünyaya səpələnən ofislərində bəlkə də yüz minlərlə İT mütəxəssisləri çalışır. Əsasən qlobal şirkətlərin, xüsusilə də “Google”nin sifarişlərin yerinə yetirirlər.
EPAM 90-cı illərdə Sovetlər dağılanda belarusların ABŞ-da yaratdığı şirkətdir. Son illərdə bu şirkətin Rusiyada, Ukraynada, Belarusda və Özbəkistanda olan ofislərində təxminən 50 min İT mütəxəssis çalışırdı.
Xatırlayıram ki, ötən ili Belarusda baş verən etiraz mitinqləri zamanı Aleksandr Lukaşenko EPAM-ın rəhbərini etirazçları maliyyələşdriməkdə təqsirləndirmişdi. Şirkətin Belarus ofisində 10 mindən çox əməkdaş çalışırdı.
Bu nəhəng Amerika şirkəti Rusiya-Ukrayna müharibəsi başlayan kimi Rusiyada fəaliyyətini dayandırıb.
Maraqlıdır ki, EPAM-ın minlərlə İT mütəxəssisi görəsən hara gedib?
Verilən məlumatlara görə, EPAM şirkəti əməkdaşları daha münbit şərait olan ölkələrə üz tutduqlarını bildiriblər.
Bu sırada isə əsasən Gürcüstan, Özbəkistan (EPAM-ın burada 2019-cu ildən ofisi vardı), Ermənistan və s. ölkələri əsas yer tutur .
EPAM təkcə Özbəkistan ofisinə 1000 nəfərədək mütəxəssisi köçürə bilib. Mütəxəssislərin və onların ailələrinin miqrasiya xərclərini şirkət özü qarşılayıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu yaxınlardakı çıxışında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkəyə 3000-dən çox İT mütəxəssisin köç etdiyini açıqlayıb. Xatırladıram ki, son bir neçə ildə bu ölkədə İT və startap ekosistem üçün xeyli münbit şərait yaradılıb.
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan və Ermənistana da ümumilikdə 20 mindən çox İT mütəxəssislərin gəldiyi haqqında məlumatlar verilib.
Ermənistan İT rəsmilərinin çıxışlarından görmək olar ki, bu ölkəyə bütöv İT şirkətlər miqrasiya edir.
Bəs EPAM-dan, Rusiya, Ukrayna və Belarusdan köç edən digər şirkətlərdən Azərbaycana gələnlər olubmu?
Bildiyim qədər, kollektiv formada, hökumətin dəvəti ilə ölkəmizə hər hansı İT köç baş verməyib.
Öz təşəbbüsləri ilə, hətta ailəliklə köçənlərin olduğu bildirilir.
Hansı ki onlar ölkəmizdə əsasən “freelance” olaraq, distant formada işləyirlər.
Hökumətin bu istiqamətdə müəyyən düşüncələri, müzakirələri olsa da və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə “Relokasiya Azərbaycan” adlı bir internet resurs hazırlansa da, xarici İT mütəxəssislərin ölkəmizə kütləvi köçü, relokasiyası baş verməyib.
Bəzi dövlət qurumları isə hətta EPAM-ın burada ofisinin açılması təşəbbüsü ilə çıxış ediblər.
Bildiyim qədər EPAM Azərbaycanda daha münbit şəraitin yaradılması şərtlərini irəli sürüb.
Bununla bağlı hökumətdə, elə İT cameədə də fikir ayrılıqlarının olduğu bildirilir.
Ümumiyyətlə isə, hələlik bizim hökumət xaricdən gələn İT qurumlar və mütəxəssislər üçün hansı şəraitin, güzəştlərin yaradılacağı ilə bağlı bir rəsmi açıqlama verməyiblər.
Bir daha qərar qəbul edənlərimzin diqqətinə çatdırmaq istərdim ki, qonşularımız İT sektorun inkişafına ciddi yatırımlar edirlər.
Xaricdən gələn peşəkar İT şirkətlər üçün münbit şərait yaradırlar.
Bu isə o deməkdir ki, onsuz da İT sahəsində regionda güclü olan rəqabətdavamlılıqları daha da güclənəcək. Onlar İT ixracatlarını yaxın 2-3 ilə xeyli artıracaqlar.
Azərbaycanda İT ixracat ( təxminən 50 milyon) sahəsində vəziyyət olduqca pisdir.
Xatıraldıram ki, ASAN yanında fəaliyyət göstərən aparıcı İT şirkətlərimizin “AZİNNEX” konsorsiumu bu istiqamətdə hansısa addımlar atırdı, lakin hələlik ortada hansısa bir irəliləyiş müşahidə olunmur. Bildiyim qədər onların indiyədək hər hansı təşəbbüsü reallaşmayıb.
Bir daha xatırlatmaq istərdim ki, İT ixracat Gürcüstanda təxminən 300 milyon, Ermənistanda 0.5 milyard, Ukraynada 7 milyard dollar civarındadır.
Son zamanlar baş verən relokasiya prosesləri isə onu deməyə əsas verir ki, yaxın zamanlarda adı çəkilən ölkələrdə İT sektorda çox ciddi irəliləyişlər ola bilər.
Biz isə, təəssüf ki, çox gecikirik.