Dünyanın prioritet ixtisası
Xarici ölkələr İT mütəxəssisləri yetişdirib saxlamaq üçün milyonlar xərcləyir, bizdə isə ...
Etibar ƏLİYEV, millət vəkili
MÖVZU İLƏ ƏLAQƏLİ
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
90 faiz hazırdır
Zelenski “qələbə planı”nı gələn həftə müttəfiqlərə təqdim edəcək
-
Təbliğat və provokasiyaya qarşı
“Meta” Rusiya dövlət mediasını öz platformalarında qadağan edir
-
“Seçkilərə müdaxilə edir”
İlon Maskdan “Google”a “Donald” reaksiyası
-
Təhlükəsizlik və məxfilik üstünlüyü
“Apple” yeni reklamında digər şirkətlərə hücum edib
-
Taliban “Facebook”a qadağan edib
“Twitter”də isə mavi rəng ödənişli xidmətindən istifadə edir
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Facebook”a qarşı 2 milyardlıq iddia
Məhkəmə davaçıları arasında güllələnən akademikin oğlu da var
-
Media “Meta”ya qarşı
Qanun qəbul olunsa, ABŞ-da xəbərlərin silinmək təhlükəsi gözləyir
-
“Facebook”da nə baş verir?
Sosial şəbəkədən milyarda yaxın profil silinib
-
Peşəkarlığa zəmanət varmı?
Xeyli qurum İT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığına başlayıb
-
“Özünü psixiatra göstər”
“Google” “Süni İntellektin qəlbi var” deyən işçisini niyə cəzalandırıb?
-
Sosial şəbəkələrə milyonlarla cərimə
“Facebook” 4, “Twitter” 3, “TikTok” 2 milyon rubl cərimələnib
-
Rusiyadan baş götürüb qaçan İT mütəxəssislər hara gedirlər?
Relokasiya siyahısında Azərbaycan varmı?
-
BNA-nın saytındakı pərakəndəlik
“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
-
“Matrix”ə xoş gəldiniz
“Google” sadəcə axtarış sistemi deyil artıq
“Facebook”, “Google”, “Amazon” kimi qlobal informasiya kompaniyaları ilə yanaşı Amerika və ərəb investisiya fondları Hindistanın informasiya sferasına yatırımlar etmək və bu ölkənin İnformasiya kompaniyaları, o cümlədən JİO Platformasıyla əməkdaşlıq etmək istəyirlər. Bütün dünyanın ən yaxşı İnformasiya Texnologiyaları (İT) mütəxəssislərinin 4-dən 3-ü hindlilərdir. Banqalor şəhərində Hindistanın İT-ixracının 38 faizi istehsal olunur. Mütəxəssislərin qənaətinə görə yaxın zamanlarda bu vadi dünya informasiya texnologiyalarının əsas mərkəzi sayılan San-Fransiskonun Silokon vadisini ötəcək. Hindistanlı gənclər hər il ölkələrinə 150 milyard dollar vəsait qazandırırlar.
Rusiya təhsil nazirliyinin məlumatına görə son 3 ildə İT mütəxəssisləri üçün dövlət hesabına ayrılan yerlər 15 min nəfər artırılıb. 2022/23-cü tədris ilində ali məktəblərə rəqəmsal iqtisadiyyat üçün 160.413 nəfər (63 ixtisasdan) Dövlət hesabına yerlər ayrılıb. Ruslar hesab edirlər ki, onlara 500.000-dən çox bu sahə üzrə mütəxəssis lazımdır. Bu ölkəni İT mütəxəssisləri kütləvi şəkildə tərk edirlər. Təkcə ötən il onların sayı 100.000 nəfərə çatıb (Arqumentı i faktı qəzeti). Bunun qarşısını almaq üçün onlara müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq edirlər.
İsrail rəsmilərinin məlumatına görə İT mütəxəssisləri ən çox bu ölkəni tərk edirlər. Onlar da bu vacib ixtisas sahiblərini ölkədə saxlamaq üçün mexanizmlər axtarırlar. İT seqmentində işləyən cavanların əlavə vaxt itirməmələri üçün onların işini orduda alternativ xidmət səviyyəsində tuturlar.
Əlbəttə ki, təhsil müasir dövrdə maraqlı, müəyyən mənada zamanı qabaqlayan həyati vacib məsələlərə yönəlməlidir. Buna görə bütün dünyada olduğu kimi bizdə də normal şərait yaradılarsa mütəxəssisləri ölkədə saxlamaq mümkün olacaq.
Bəs, bizdə İT mütəxəssisləri hansı ali məktəbdə hazırlanır? Bacarıqlı müəllimlər varmı? Ölkədə neçə nəfər İT mütəxəssisi var? Neçəsi ölkəni tərk edib? Kadr hazırlığı məsələlərində rəqabət mühiti necədir? Bu peşəni seçənlərə hansı güzəştlər olunur? Mən bu cür təhlillərə rast gəlməmişəm. İT mütəxəssisləri təkcə auditoriyalarda yetişə bilməzlər. Kiçik də olsa onlar üçün VADİ yaratmaq lazımdır. Bizimkilərin başı “STEAM-STEAM” oyunundan açılsa bu barədə düşünərlər. Əlbəttə ki, baş və istək olsa. STEAM çox maraqlı və əhəmiyyətli sinerjidir. Nə fayda, bunu da urvatsız elədilər.
Bir neçə otağa çin oyuncaqlarını yığıb dala - qabağa fırlatmaqla “innovasiyalar” adı altında külli miqdarda vəsaiti qamarlamağın vaxtı keçəndən sonra harada qaldığımızı görəcəksiniz. Ən sürətlə dala-qabağa gedən oyuncağı Bakı Avropa liseyində gördüm. Bir neçə gün sonra isə təsadüfə həmin oyuncağın bənzərini parkda azyaşlı uşaqların oynatdığını müşahidə elədim.
P.S. Paytaxtın mərkəzində yerləşən məktəblərdə belə internet yoxdur, kompüterlər yaman gündədir. Bunlar isə xaricə 50 nəfərin turist səfərini təşkil edib, 10 minlərlə dollar vəsaiti havaya sovururlar.