
“WhatsApp”da təhlükəsizlik boşluqları
Keçmiş rəhbəri işçi “Meta”nı məhkəməyə verdi
Keçmiş rəhbəri işçi “Meta”nı məhkəməyə verdi
“Meta”nın CEO-su Markın adaşı olan vəkil 11 min dollar xərclədiyi səhifəsini aça bilmir
Fransada dövlət qulluqçularından sosial şəbəkə tələbi
“Meta”dan kritik qərar
Yaxşı niyyətli istifadəçilər də zərər çəkdi
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
Növbəti Çin modeli?
Mesajları oxumağa ehtiyac olmayacaq
Əvvəlcə kiçik məbləğlər ödəməklə güvən mühiti yaradılır, sonra ...
Dövlət strukturlarında işlədilməsi məcburi olacaq
ABŞ Nümayəndələr Palatasından sensassion qərar
“WhatsApp” yaradıcı status paylaşımı üçün dörd yeni funksiya təqdim edir
İllərlə gözlədikdən sonra ...
Sosial şəbəkə hansı “iPhone” modellərində işləməyəcək?
İstifadəçilər telefon nömrəsi vermədən söhbət edə biləcək
Sosial media nəhəngi süni intellekt üçün 20 illik müqavilə imzalayır
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsini bitirmək üçün nəzərdə tutulan qələbə planlarının 90 faizdən çoxunun yazıldığını və gələn həftə müttəfiqlərə təqdim ediləcəyini bildirib.
Zelenski sosial media hesabında verdiyi açıqlamada gün ərzində Ukraynanın qələbə planının hazırlanması ilə bağlı müxtəlif formatlarda görüşlər keçirildiyini qeyd edib.
Planın hazırlanması və bütün maddələrin həqiqi hərbi, diplomatik və iqtisadi baxımdan doldurulması üzərində işləməyə davam etdiklərini bildirən Zelenski, bu işlərdə hər sahədə önəmli şəxslərin yer aldığını bildirib.
Zelenski, “Qələbə planında Ukrayna üçün lazımi addımlar konkret olaraq müəyyən edilib. Bunlar həqiqi və ədalətli sülhün təmin edilməsi üçün atılacaq mümkün güclü addımlardır. Hər bir mərhələ üçün dəqiq bir siyahı var, tam olaraq nəyə ehtiyac var, dəqiq nə olacaq, güclənmək üçün nə etmək lazımdır? 90 faizindən çoxu yazılan plan təkcə Ukrayna üçün deyil, həm də dünyada beynəlxalq hüquqa dəyər verən hər kəs üçün vəziyyətin düzgün inkişafını təmin edə bilər. Qələbə planı gələn həftə müttəfiqlərə təqdim ediləcək”, – deyib.