Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:43 | 12 fevral 2025 | Çərşənbə
Məqaləyə 368 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
“Google” ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra artan mübahisələrə səbəb olan bəzi “xüsusi aylar və günlər”i təqvim proqramından silib.
“Qaradərili amerikalıların tarixini anma ayı”, “Milli ispan irsi ayı", “Milli Amerika doğma irsi ayı”, “Qürur ayı” və “Holokostu anma günü” daxil olmaqla bəzi ay və günlər təqvimdən çıxarılıb.
Şirkət rəsmiləri “Associated Press”ə (AP) təqvim tətbiqində dəyişikliklərin keçən il planlaşdırıldığını söyləyərək, “Dünyada xüsusi günləri davamlı olaraq bir-bir qeyd etmək ehtiyatlı və ya davamlı deyildi”, – deyilib.
“Google” rəsmiləri, istifadəçilərin fərdi olaraq istədikləri xüsusi günləri təqvimlərində saxlaya bildiklərini və tətbiqdə standart olaraq yalnız milli bayramların və günlərin mövcud olacağını bildirib.
“Müxtəliflik, bərabərlik və inklüzivlik” adı altında həyata keçirilən DEI proqramı çərçivəsində xüsusilə iş yerlərində və məktəblərdə daha “ədalətli və bərabər” mühitin yaradılması üçün səylər göstərilib.
Tramp vəzifəyə gəldikdən sonra “Hökumətin radikal və israfçı DEI proqramlarına və imtiyazlarına son qoyulması” başlıqlı sərəncam imzalayıb və daha sonra proqramı ləğv etmək üçün işə başlayıb.
ABŞ Müdafiə Nazirliyi fevralın 1-də “Şəxsiyyət ayları öldü" başlıqlı bir bəyanatda qeyd edib ki, iş saatları da daxil olmaqla, “Qaradərili amerikalıların tarixini anma ayı”, “Qadın tarixi ayı”, "Asiya Amerikalıları və Sakit Okean adalıların irsi ayı” və “Beynəlxalq əlillik məşğulluğu və maarifləndirmə ayı”, “Milli yerli amerikalıların irsi ayı” kimi mədəni məlumatlandırma ayları və günləri ilə bağlı qeyd etmələr və ya tədbirlərə ev sahibliyi etmək üçün rəsmi mənbələrdən istifadə edilməyəcək.
***
Trampın Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi haqqında fərmanından sonra “Google”, dünən “Maps” tətbiqində “Meksika körfəzi” adının “Amerika Körfəzi” olaraq dəyişdirildiyini açıqladı.
Açıqlamada ABŞ-dakı istifadəçilərin “Amerika Körfəzi” adını görəcəyi, Meksikadakı istifadəçilərin “Meksika Körfəzi” adını görməyə davam edəcəyi, digər ölkələrdəki istifadəçilərin isə hər iki adı görəcəyi qeyd edilib.