vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
19:46 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Necə yəni almır?

Makronun yalanı Fransaya baha başa gələ bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vurub. Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Halbuki, ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “mərkəzindədir”. Makron Ermənistanla Azərbaycanın xəritəsini səhv salıb, diqqətlə baxsaydı Qarabağın Azərbaycanın içərisində olduğunu və Ermənistanla sadəcə dəhlizi olduğunu görərdi.

Fikrimcə, rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir. Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, eyni zamanda elə Ermənistana da ayı xidməti göstərdi. Çünki Makron müsahibəsində guya Rusiyanın Azərbaycanı dəstəklədiyini vurğulayaraq Parisin ermənilərin yanında yer aldığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Makronu tənqid edən bəyanat yayıb. Bu bəyanat həm də İrəvana mesajdır ki, Makrona minnətdar olsanız, haminiz Kremlin qəzəbinə tuş gələcəksiniz. Makronun müsahibəsində “Fransa Azərbaycandan qaz alımır” yalanı da Fransaya baha başa gələ bilər. Necə yəni almır? Fransanın nəhəng “Total” şirkəti Azərbaycanın “Abşeron” yatağında əsas opreatorlardan biridir, Dövlət Neft Şirkəti ilə birgə 50 faiz paya malikdir. Makron belə davam edərsə, pay bölgüsünə yenidən baxmaq lazım gələcək.

Azərbaycanla Ermənistan arasında 3 vasitəsçi – Rusiya, ABŞ və Avropa İttifaqı var. Fransa dördüncü vasitəçi kimi özünü sırımağa çalışır. Makronun ermənipərəst mövqeyini əlimizdə rəhbər tutaraq Parisin vasitəçi təşəbbüslərindən imtina emtəliyik. Fransa Avropa İttifaqının üzvüdür, odur ki, Brüsselin vasitəçiliyi yetərlidir.