Rüsvayçı məğlubiyyət
Yanaşır, istəyir, həm də çox istəyir, amma...
Eıçin MİRZƏBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
Beynəlxalq Frankofoniya təşkilatının 54 üzvü, 7 assosiativ, 27 müşahidəçi üzvü var.
Təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmdir”. Amma yaranışdan hədəfi fransız dilinin, mədəni müxtəlifliyin populyarlaşdırılması, peşəkar kadrların hazırlanması, ali təhsil və elmi araşdırmaların dəyişdirilməsi olsa da, 2005-ci ildən, bilavasitə Fransanın təşəbbüsü ilə “əməkdaşlıq istiqamətləri”nin sayı artırılıb. “Əməkdaşlıq istiqamətləri” siyahısına əlavə olunan sahələrdən biri də gender bərabərliyi ilə bağlıdır. Əgər Ermənistanda fransız dilinin öyrənilməsi ilə bağlı real mənzərəni nəzərə alsaq, o zaman sözügedən ölkənin Beynəlxalq Frankofoniya təşkilatına üzvlüyünü, yalnız gender bərabərliyi ilə əlaqələndirmək olar. Yəni böyük bacı Fransa kiçik bacısını öz yanında görmək istəyib, vəssalam. Çünki rəsmi statistikaya görə, Ermənistan məktəblərinin, orta ixtisas və ali təhsil müəssisələrinin 76%-də ingilis, 14%-də fransız, 10%-də isə alman dili tədris olunur.
Başqa bir statistik göstəriciyə əsasən, Ermənistanın 43 ümumtəhsil məkəbində tədris dili rusca olan sinflər var. Bundan başqa, Fransanın “kiçik bacı”sının ərazisində rus dilini dərindən öyrədən 63 məktəb də fəaliyyət göstərir. Fransız dilinin, sadəcə xarici dil kimi tədris olunduğu məktəblərin sayının yaxın bir neçə il ərzində 16-ya çatdırılması nəzərdə tutulub. Bütün bunları mən demirəm, Ermənistan Təhsil nazirliyi rəsmi hesabatlarında açıqlayır. Və bütün bu göstəricilər, Ermənistanın Frankofoniya təşkilatına üzvlüyü üçün heç bir tutarlı əsasın olmadığını göstərir və təsdiqləyir ki, Fransa sözügedən təşkilata təsisatın nizamnaməsində elan olunan prinsiplər çərçivəsindən deyil, dünyadakı reallıqlarla və gerçək potensialı ilə uzlaşdıra bilmədiyi geosiyasi iddiaları müstəvisindən yanaşır. Eynilə BMT Təhlükəsizlik Şurasına, ATƏT-in cəhənnəmə vasil olmuş Minsk Qrupunun həmsədrlik institutuna yanaşdığı kimi... Yanaşır, istəyir, həm də çox istəyir, amma... bacarmır. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in siyasi leksikondan kənara ifraz olunmuş Minsk Qrupunda bacarmadığı kimi, dominant rol aldığı Frankofoniya Təşkilatında da Azərbaycan əleyhinə iddialarını – sözünü keçirə bilmir. Banlayır, banlayır və... yenə banlayır. BMT Təhlükəsizlik Şurasındakı oyunbazlıqlarından sonra ümidi Frankofaniya Təşkilatına qalmışdı, o da fayda vermədi. Fransa öz meydanında, öz evində, “arxa bağça”sı hesab etdiyi məkanda da rüsvayçılıqla məğlubiyyətə uğradı... İndi “kiçik bacı” Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hansı durumdadırsa, Fransa Frankofoniya təşkilatında oxşar vəziyyətdədir.