«Dudayevlə danışandan sonra...»
Arif Hacılı Kəlbəcərin işğalı ilə bağlı maraqlı faktlar açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ermənilər dinc dayanmır
Kəlbəcər istiqamətində təxribatın qarşısı alınıb
-
Ermənilər bir-birinin evini talayır
“Məsələ ondadır ki, bunu edənlər türklər deyil, özümüzünkülərdir!”
-
Tunel...
...Yaxud hərəsi bir hekayə olan qətliam qurbanları
-
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
Erməni lobbisi Azərbaycan səfirini dinləyir
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı
-
İsa Qəmbər seçkiyə niyə buraxılmadı?
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
«Deyirlər Rusiyanın adamıyam, yalançının...»
Surət Hüseynovun şübhəli «üzə çıxma»sı
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Kəlbəcərli girovların səhhətində problem var
Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün beynəlxalq həkimlər dəvət edilə bilər
-
Azərbaycanda tükürpədici cinayət
14 yaşlı uşağı döyə-döyə öldürdülər
-
Prezidentin tapşırığına «Qaçqınkom»un vetosu
Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar
-
«Mənim bir ümidim var, o da …»
Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, AXC hakimiyyəti dövründə dövlət müşaviri vəzifəsini tutmuş Arif Hacılı 1993-cü ildə Kəlbəcərin işğalı ərəfəsində baş vermiş hadisədən yazıb. Musavat.com xəbər verir ki, Arif Hacılı həmin günləri belə xatırlayır:
«Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan helikopter vurulmuşdu. Helikopetrçilər Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim. Mənim yanımda Türkiyənin baş naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi. Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə, Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağı tapşırdı. Mən Elçibəyin yanında Dudayevlə danışdım. O, helikopterlərinin az olduğunu, amma pilotlar göndərməyə hazır olduğunu bildirdi.
... Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə pilotları Kəlbəcərə uçmağa məcbur etmək, helikopterlərlə Kəlbəcərə uçmaq, Kəlbəcər İcra Hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.
Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsən xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdın mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Geri qayıdarkən qəzaya uğrayıb yaralandı. Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi...»
Qeyd edək ki, Arif Hacılı bunları «Facebook» səhifəsində yazıb.