vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QALMAQAL  
09:31 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 6115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsa Qəmbər seçkiyə niyə buraxılmadı?

Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 10-da Müsavat Partiyasının Məclisinin 11 apreldə keçiriləcək prezident seçkilərində iştirakdan imtina etməsi ilə bağlı qəbul etdiyi qərar hər kəs üçün gözlənilməz oldu. Çünki Məclisin toplantısına qədər partiyanın hələ 4 il öncəki qurultayında sabiq başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin namizədliyi 2018-ci il seçkilərində irəli sürülmüş, İsa bəy də iştirakda qərarlı görünürdü.

Hətta seçkilərin vaxtının önə çəkilməsi belə MSDM rəhbərinin qərarına təsir etməmiş, son bir həftədə onun verdiyi açıqlamalar iştirak etmək yönündə idi. Hətta bunun təsiri ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brink onunla namizəd olacaq şəxs kimi seçkilərin 11 aprelə təyin edilməsi sərəncamından sonra görüşmüşdü.

İ.Qəmbərin seçkilərdə iştirak etmək istəyində olması ilə bağlı bir faktı da qeyd edə bilərik. Belə ki, Müsavat Məclisinin son toplantısından iki gün öncə MSDM-nin toplantısı keçirilmiş və həmin toplantıda əsas müzakirələrdən biri də seçkilərdə iştirakla bağlı olmuşdu.

Əldə etdiyimiz məlumata görə, Müsavatın son Divan toplantısında da müzakirələr zamanı Divan üzvlərindən yalnız üç nəfər seçkilərdə iştirakın əleyhinə olub. Qalan 12 nəfər birmənalı şəkildə iştirakın lehinə səs veriblər. Bütün bunlar onu göstərir ki, İ.Qəmbərin namizəd olmaq yolunu Müsavat Məclisi kəsib. Əslində MSDM rəhbərinin Məclisdəki çıxışı da bəzi sualların cavabıdır. İ.Qəmbər seçkilərdə hər cür fədakarlığa hazır olduğunu qeyd etməklə, iştirak etmək niyyətində olduğu mesajını verib. Lakin hər zaman demokratik nümunə ortaya qoyan Müsavatın keçmiş başqanı bu dəfə də bunu göstərək, Məclisin qərarına hörmət edib.

Bir maraqlı fakt da ondan ibarətdir ki, Müsavat Məclisi boykot deyil, seçkilərdə iştirak etməmək qərarı verib. Sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, əksəriyyət boykot və iştirak etməmə qərarlarını dəyişik salırlar. Əslində boykot seçkilərdə ümumiyyətlə iştirak etməmək, tərəfdarlarını seçkilərə getməməyə çağırmaq deməkdir. İştirak etməmək qərarı isə, tərəfdarlarına azad seçim imkanı verməkdir. Məsələn, Milli Şura birmənalı boykot qərarı verib və tərəfdarlarını seçkilərə getməməyə çağırıb.

Bütün bunlar onu göstərir ki, Müsavat rəhbərliyi əslində İsa Qəmbərin seçkilərə qatılmasında maraqlı olmayıb. Partiya rəhbərliyi arasında da bu məsələdə müəyyən fikir ayrılıqlarının olduğu Məclisin qərarından sonra özünü büruzə verib. Bu xüsusda Müsavat başqanının müavini Yadigar Sadıqovun «Facebook»da paylaşdığı üsyankar xarakterli statusu təqdim edirik: «1998, 2008, 2018. Sonu 8-lə bitən illərdəki seçkilərə müxalifət qatılmır. Kökü də 1998-ci ildə verilən o məlum qərara uzanır. Kifayət qədər imkanlar, güc və ən əsası şans olduğu halda seçkilər boykot olundu, hakimiyyətin möhkəmlənməsinə şərait yaradıldı».

Müsavat rəhbərliyində təmsil olunan bəzi funksionerlər isə ümumiyyətlə, bu qərara münasibət bildirməyiblər. MSDM üzvlərinin də Müsavat Məclisinin qərarına heç də birmənalı münasibət sərgiləmədikləri deyilir.

MSDM üzvü olan sabiq daxili işlər naziri İsgəndər Həmidov açıqlamasında dolayısı ilə seçkilərdə iştirakın tərəfdarı olduğunu bildirdi: «Müsavat Məclisinin qərarı bizim üçün gözlənilən oldu. Biz seçkilərə qatılıb, İsa bəyin namizədliyini dəstəkləməyə hazır idik. Lakin onu deyim ki, o vaxt situasiya başqa idi. Seçkilər oktyabrda olmalı idi. Seçki vaxtının önə çəkilməsi situasiyanı dəyişdi. Biz təkrarən vəziyyəti analiz etdiyimiz zaman gördük ki, biz bu seçkilərə hazırlaşa bilməyəcəyik. Bizim Müsavat Məclisinin toplantısından iki gün öncə iclasımız keçirilmişdi. İsa bəy Müsavat Partiyasının üzvüdür və partiyanın qərarına tabe olmalı idi və tabe də oldu. Mən bunu alqışlayıram. İsa bəy siyasi təşkilatın qərarını icra etməyə hazır olduğunu bir daha göstərdi. Mən seçkilərə getməkdə, İsa bəyi dəstəkləməkdə israrlı idim».