«Mənim bir ümidim var, o da …»
Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
Həsən Həsənovun ailəsinə ev verildi
Şəhidin qardaşı: «Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu»
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü
Avropa insan haqları komissarı tərəfindən...
-
Ermənilərə görə Azərbaycana hədə kimi tələb
Erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxan Moskva Xankəndində girov saxlanılan Dilqəmi niyə unudub?
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Rusiyanın Bakıdakı elçisinin müsahibəsi aranı qatdı
Politoloq: «Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib?»
-
«Situasiyanı tam dərk edə bilməmişik»
Rusiya səfiri: «Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?»
3 ilə yaxındır erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bəzi müəmmalar hələ də aydınlığa qovuşmayıb.
Ş.Quliyevin qardaşı Manaf Quliyev ondan aldığı məktubda yazılanlarla bağlı açıqlama verərkən digər girov Dilqəm Əsgərovun vəziyyətinin yaxşı olmadığı demişdi. Hətta onun bildirdiyinə görə, Ş.Quliyev öz məktubunda D.Əsgərovu başqa yerə köçürdüklərini qeyd edibmiş.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirmişdi ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə qətiyyən məlumat verə bilməz.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə Modern.az-a növbəti açıqlamasında ermənilərin atasını başqa yerə köçürməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib:
«Onsuz da atam və Şahbaz Quliyev əvvəldən bir yerdə saxlanılmır. Əldə etdiyim rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, tam əminliklə deyirəm ki, atam Şuşadakı həbsxanada saxlanılır. Amma Şahbaz Quliyev tamam başqa yerdədir».
Girovun oğlu bildirib ki, Ş.Quliyevin yerini öyrənmək istəməsi səmərəsiz qalıb: «Mən onun da yerini öyrənməyə cəhd etdim, amma «sənin nəyinə lazımdır?» deyərək mənə cavab vermədilər».
K.Əsgərov noyabrın 23-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi qrupu yaratmasına da münasibət bildirib:
«Təbii ki, hər hansı bir cəhdin edilməsi yaxşıdır. İşçi qrupu da beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır. Mən bu 3 ildə döymədiyim qapı, müraciət etmədiyim beynəlxalq təşkilat qalmayıb. O təşkilatlar ki, 25 ildir Qarabağı ermənilrədən alıb bizə qaytara bilmir, onlardan nə isə gözləməyə dəyməz. Onlar Qarabağ məsələsində ikili standart nümayiş etdirdikləri kimi, girovların məsələsində də ikili oynayırlar. Mənim bir ümidim var, o da Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir».
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, noyabrın 23-də Ermənistanda girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib. İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Müdafiə Komitəsinin sədri Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov seçilib.