Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
11:48 | 6 iyul 2017 | Cümə axşamı
Məqaləyə 2991 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
«Rusiya Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edir». Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) dünən yaydığı açıqlamada deyilir.
«Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan eləmək zorundayıq. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb eləməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq», - deyə XİN-dən xəbərdarlıq şəklində bildirilib.
Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub: «Onları bir neçə saat saxlayıb, bəzən də ac-susuz, tibb xidmətin olmadan ləngidib, sonra da öz hesablarına xaric ediblər. Bu zaman əsas kimi də onların erməni familiyaları götürülüb. Hərgah, elə hallar da olub ki, bəzi rus ad-soyadlı şəxslər də »erməni əcdadları» ilə bağlı sorğu-sual ediliblər. Biz dəfələrlə, o cümlədən nota şəklində olan müraciətlərimizdə bu praktikaya son verilməsini tələb eləmişik. Lakin yönlü və məqbul cavab ala bilməmişik. Azərbaycanın cavab notasında deyilir ki, xoşagəlməz eksseslərin qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müxtəlif tənzimləmələr tətbiq eləməyə məcburdur», - açıqlamada vurğulanır.
***
Kremlin Bakıya qarşı belə bir davakar ritorikası ilk baxışda qəribə görünə bilər. Axı, cəmi bir neçə gün öncə Rusiya Azərbaycana əvvəllər əldə edilmiş ikitərəfli müqavilələrə əsasən, növbəti partiya silah-sursat və döyüş texnikası göndərib - hansı ki, işğalçı Ermənistanda hələ də ciddi müzakirə mövzusudur və Rusiya əleyhinə yeni etiraz dalğasına səbəb olub. Bəlkə elə bu yolla Moskva erməni ictimai rəyini sakitləşdirmək istəyir?
Ancaq o da var ki, rəsmi Kreml hazırda məhkəməsi gedən və üçlü vətəndaşlığa (Rusiya, İsrail, Ukrayna) malik Aleksandr Lapşinə görə də Bakıdan inciklidir. Çünki lap əvvəldən Moskva ən yüksək səviyyədə onun Azərbaycana ekstradisiya olunması və mühakimə edilməsinə qarşı çıxıb.
Mümkündür ki, Rusiya heç olmasa, indi «bir güllə ilə iki dovşan vurmağa» çalışır. Yəni həm satellit Ermənistanı sakitləşdirmək, həm də Lapşin insidentinə görə Bakıya «diş ağartmağa» çalışır ki, yekunda bloggerlə bağlı istəyinə nail olsun. Axı hər necə olmasa, bu, Rusiya üçün bir imic məsələsidir. O üzdən XİN-in açıqlamasında sərt ton, bir az da xəbərdarlıq notları («Vəziyyətdən nəticələr çıxaracağıq») diqqət çəkməyə bilməz.
***
Rəsmi Moskvanın Bakıdan bu tələbi cəbhə xəttindəki son insident zamanı yaşanan balaca Zəhra və nənəsinin qan donduran faciəsi fonunda xüsusilə qəribə görünür. Maraqlıdır ki, biz bu vəhşiliyin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya XİN-in səviyyəsində pislənməsini gözlədiyimiz halda, XİN-dən tam əks işarəli bir münasibət görürük.
Artıq məsələyə Azərbaycan XİN-dən reaksiya gəlib.
«Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir». Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.
Mətbuat katibi daha sonra bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir: «Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır».
Beləcə, rəsmi Bakı bir daha aydın şəkildə işarə vurub ki, Moskvanın erməni əsilli vətəndaşlarla bağlı narahatlığına son qoymağın tək yolu Rusiyanın özünün də dəstəyi ilə erməni işğalına son qoymaqdır. Əfsus ki, bu yöndə Kremlin ciddi səyləri gözə dəymir. Halbuki Moskva istəsə, qısa zamanda Qarabağ məsələsində irəliləyişə nail olar.
***
Əlavə edək ki, Rusiya Lapşinlə yanaşı, necə vaxtdır bir erməninin işini də Bakıdakı səfirliyi vasitəsilə ciddi nəzarətə götürüb. Söhbət ötən il Bakı hava limanında narkotikə görə saxlanılan, 8 illik həbsə məhkum edilmiş Marat Mirzəyandan (Uledanov - arvadının soyadıdır - red.) gedir. Rusiya tərəfi çalışır ki, Mirzəyan heç olmasa, ekstradisiya edilsin və cəzasını Rusiyada çəksin.
Amma nədənsə, rəsmi Moskva digər vətəndaşı - 3 ildir qanunsuz şəkildə Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən girov saxlanılan və qondarma məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərovla maraqlanmır. Bu mövzuda sualları isə Mariya Zaxarova başda olmaqla, Rusiya XİN rəsmiləri qıcıqla qarşılayır. Ona görə ki, Diqləm erməni deyil?
Şübhəsiz ki, belədir. Amma o, Rusiya vətəndaşıdır!