«Deyirlər Rusiyanın adamıyam, yalançının...»
Surət Hüseynovun şübhəli «üzə çıxma»sı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan Rusiya mediasına sanksiya
Xarici ölkələrdə “sabitliyi pozan” fəaliyyətə görə...
-
Bir ildə ardıcıl ikinci artım
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19 faizə qaldırıb
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərb xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulma deməkdir”
-
Zelenskidən Rusiyaya ağır ittiham
Ukrayna prezidenti Qara dənizdə buğda dolu yük gəmisinə raket zərbəsi endirildiyini iddia edib
-
Blinken Ukraynanın lobbiçiliyini edəcək
Zelenski ümid edir ki, Bayden Rusiya daxilində hücumlara icazə verəcək
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
Avropadan Tehrana etiraz
Daha bir səfir XİN-ə çağırıldı, İran naziri Araqçı iddiaları təkzib etdi
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
AB Rusiya qazı olmadan yaşamaqda qərarlıdır
“Kremldən enerji asılılığımız son 3 ildə 15 faizə düşüb”
-
ABŞ-dan İrana yeni sanksiya
Fransa, Almaniya və İngiltərədən rəsmi Tehrana xəbərdarlıq, “İran Air” hədəfdədir
-
Qan donduran hesabat
11 min 700 nəfər ölüb
-
Zəngəzur dəhlizi – Moskva Tehrana qarşı
İran özünü Rusiyanın tərtib etdiyi tənlikdən kənarda tapır
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Rusiyaya PUA yağışı
Ukrayna 144 kamikadze ilə Moskva da daxil olmaqla ölkə ərazisinə hücum edib
-
Hollivudun mişarlı manyakları
Rusiyadan ABŞ-a qeyri-adi müqayisə
Bu günlərdə Azərbaycanın keçmiş baş naziri, 1993-cü ilin iyun hərbi çevrilişini həyata keçirən, sonradan Heydər Əliyev hakimiyyətinə qarşı silahlı çevrilişə cəhd edən və çoxsaylı dövləti cinayətlərə görə ömürlük həbs cəzası alıb sonradan əfv olunan Surət Hüseynovun adı yenidən gündəmə gəlib. Özü də şübhəli və qalmaqallı şəkildə. Virtualaz.org xatırladır ki, uzun müddətdir ortalarda görünməyən və nə işlə məşğul olduğu bilinməyən Surət Hüseynovun adına «Facebook»da səhifə açılıb. Orada onun Türkiyədə çəkilmiş fotoları yerləşdirilib, «Milli Qəhrəman» adı ilə təqdim edilib.
Surət Hüseynovun bu cür «üzə çıxması» siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bəzi müxalif ekspertlər iddia ediblər ki, keçmiş baş nazirin fotosunun görünməsi təsadüfi deyil, bu, Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir vaxtda ortaya çıxıb, yəni Rusiyaya bağlı adamlardan biri kimi Surət Hüseynov da fəallaşıb.
Sosial şəbəkələrdə Surət Hüseynovun «görünməsi» də mübahisələr və polemika doğurub. Bir çox istifadəçilər köhnə əməllərini yada salaraq S.Hüseynovun ünvanına təhqirlər yağdırıblar. Eyni zamanda keçmiş baş naziri aqressiv şəkildə müdafiə edənlər də tapılıb.
Bu cür polemikaların davam etdiyi bir vaxtda Surət Hüseynov özü də «canlı şəkildə» ortaya çıxıb və müsahibələr verməyə başlayıb, o cümlədən ölkə.az saytına danışıb. Bildirib ki, hazırda Türkiyədə və «bəzi başqa ölkələrdə» biznes fəaliyyəti ilə məşğul olur.
«Başımı aşağı salıb işimlə məşğul oluram. Prinsipim belədir ki, dəymə mənə, dəyməyim sənə. Azərbaycanda heç kimlə işim yoxdur. İşim olanda gedib-gəlirəm. Heç bir təzyiqlə də üzləşmirəm. Mənim bu hakimiyyətlə heç bir problemim yoxdur. Ümumiyyətlə, mən siyasətlə məşğul olmuram. Heç fikrim də yoxdur ki, siyasətlə məşğul olum. Mənim işim sırf biznes fəaliyyətidir», - Surət Hüseynov bildirib.
Keçmiş baş nazir deyib ki, «Facebook»da onun adına açılan səhifə ilə əlaqəsi yoxdur. Həmin səhifəni onun adınan sürücüsü, yaxud köməkçisi olmuş Sinan Kaya (Azərbaycan vətəndaşıdır) yaradıb, orada fotolarını paylaşıb.
«İnanın ki, mənim Rusiya ilə də heç bir əlaqəm olmayıb. Əgər mən Rusiyanın adamıyamsa, yalançının Allah bəlasını versin. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə mən Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Sürət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə»-Surət Hüseynov onun «Facebook»da görünməsindən sonra başlayan polemikaya münasibət bildirərkən deyib.
Məlum olur ki, həmin Sinan Kaya Surət Hüseynovun adından Azərbaycanda bir neçə KİV-lərə dövlətə qarşı çağırışların yer aldığı müraciət də göndəribmiş. S.Hüseynov həmin müraciəti hazırlamadığını deyir.
Sitat: «Məlum oldu ki, mənim adımdan bir neçə jurnalistə məktub da göndərilib. Bütün bunlardan xəbərim olmayıb. Sonra mənə deyiləndə ki, belə hallar var, mən dərhal bunu araşdırdım. Məlum oldu ki, bütün bunları mənim adımdan Türkiyədə yaşayan və əslən azərbaycanlı olan Sinan adlı bir nəfər edib. Mən Sinanı uzun müddət tanıyıram, o mənə bəzi məsələlərdə kömək edib. Bütün bunlara görə də mən ona zəng edib acıqlandım. Dedim ki, bütün bunları nə üçün yazmısan? Sinan da əsaslandırdı ki, bəzi müxalifətdə olmuş adamlar məni təhqir etdiyi üçün onlara belə cavab yazıb. Sinan da onlara mənim adımdan yazıb ki, ay əclaflar, siz kimsiniz ki, Sürət Hüseynovu təhqir edirsiniz? Mən də ona dedim ki, bir də belə şeylər yazma, o səhifəni də bağla!»
Müsahibədə Surət Hüseynov AXC-Müsavat hakimiyyətində təmsil olunanları «satqın», «şərəfsiz» adlandırıb, torpaqları ermənilərə satmaqda ittiham edib.
P.S. Keçmiş nazir bu dəfə gerçəkdən yalan danışır. Çünki Surət Hüseynovun səhifəsini onu yaradan sürücüsü deyil, VAXT.AZ olaraq biz bağlatdırmışıq. Şikayətimizdən bir müddət sonra, «Facebook»dan səhifənin bağlanması ilə bağlı rəsmi açıqlama gəldi.