vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QƏZA, FACİƏ  
16:23 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun ölümünə inanmıram»

«Xəbəri internetdən oxudum, şəklini görən kimi tanıdım»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Suriyada ölüm xəbəri yayılan azərbaycanlının kimliyi müəyyənləşib. Bu barədə ölüm xəbəri yayılan «Həsən Azəri» ləqəbli Azərbaycan vətəndaşının anası Zümrüd Məmmədova məlumat verib.

Z.Məmmədova bildirib ki, oğlu Məmmədov Həsən Mikayıl oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. Anası oğlunun Suriyada həlak olması barədə məlumatı internetdən oxuduğunu deyib: «Şəklini görən kimi tanıdım. Bu mənim oğlum Həsəndir. Onun ölümünə inanmıram. Kaş bu məlumat yalan olaydı».

Z.Məmmədova qeyd edib ki, H. Məmmədov iki il əvvəl heç kimə xəbər vermədən ölkədən gedib: «Hara getdiyini bilmirdik. O vaxt bu barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verdik. Araşdırdılar, məlum oldu ki, Həsən Astara rayonu ərazisindən İrana keçib. Lakin bir müddət sonra oğlum evə zəng edərək Əfqanıstanda olduğunu dedi. Nə qədər çalışsaq da, onu geri qaytara bilmədik. Hər dəfə danışanda ora şəhid olmaq üçün getdiyini deyirdi. Bizi isə buna qarşı çıxdığımız üçün kafir adlandırırdı».

Anasının dediyinə görə, oğlu ilə sonuncu dəfə ötən ilin iyulunda danışıb: «Həsənin həyat yoldaşı və üç övladı var. Gedəndə onları da özü ilə aparmaq istədi, lakin ailəsi getmədi. Ötən ilin iyulunda evə zəng etmişdi. Yenə qayıtmasını tələb etdik, bizi eşitmədi».

Z.Məmmədova oğlunun radikal dini qruplaşmalara bir neçə il əvvəl qoşulduğunu deyib: «Biz şiə təriqətinin nümayəndələriyik. Bir neçə il əvvəl Həsənin saqqal saxlayan dindarlara qoşulduğunu eşitdim. Onun başını doldurub yoldan çıxarmışdılar. Çox çalışdım, lakin onu bu yoldan döndərə bilmədim».

Z.Məmmədova sonda oğlunun taleyinə aydınlıq gətirilməsini istəyib: «Hüquq-mühafizə orqanlarından, həmçinin mətbuat nümayəndələrindən xahiş edirəm, oğlumun taleyinə aydınlıq gətirsinlər. Övladımın taleyindən çox narahatam».

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.