vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QARABAĞ  
11:07 | 4 aprel 2014 | Cümə Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çiçək işğaldan danışdı

Spiker: «Qarabağ probleminin bütün istiqamətlərdə müzakirəsi önəm kəsb edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Qarabağ münaqişəsindən danışıb.

ANS PRESS-in məlumatına görə, Polşaya səfər edən Cəmil Çiçək çıxışı zamanı Azərbaycan torpaqlarının beşdə birinin 1992-ci ildən bəri Ermənistanın işğalı altında olduğunu qeyd edib. 

Bir milyondan çox azərbaycanlının öz yurd-yuvasından məcburən köçürüldüyünü deyən Cəmil Çiçək erməni işğalının ən qısa bir zamanda sona çatmasının vacibliyini vurğulayıb: «Azərbaycanlı qaçqınların rahat bir şəkildə evlərinə geri qayıtmalarını və Dağlıq Qarabağ probleminin bütün istiqamətlərdə müzakirə edilməsi böyük önəm kəsb edir».