vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KİNO-TEATR  
23:31 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 3379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnsanlar məni qınadı»

«Amma mən başqalaşmağı sevirəm»

İntiqam VALEHOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Rasim Balayev «Mədəniyyət» kanalının onun haqqında çəkdiyi sənədli filmdə maraqlı və bəlkə də sensasiya sayıla biləcək fikirlər səsləndirib. AzNews.az xəbər verir ki, aktyor çəkildiyi bəzi filmlərə görə yaxınları tərəfindən qınanıldığını, incidildiyini bildirib.

«Məni tamaşaçılara sevdirən obrazlarım bəzən mənə problemlər yaradıb. Məsələn, «Həm ziyarət, həm ticarət», «Otel otağı» filmlərində çəkildiyimə görə yaxın insanlar məni qınayıblar. Amma mən başqalaşmağı, fərqli obrazlar oynamağı sevirəm».

Aktyor çəkilmək istədiyi rollardan da danışıb: «Çox istərdim ki, bir tragikomik rol oynayım. Hətta bu barədə dəfələrlə rejissorlara mesaj da göndərmişəm. İnanıram ki, nə vaxtsa belə bir obraz oynayacağam».

Qeyd edək ki, Rasim Balayevi yaxınları tərəfindən qınaq obyektinə çevirən hər iki film mərhum rejissor Rasim Ocaqov tərəfindən ekranlaşdırılıb.