vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KİNO-TEATR  
19:14 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 3024 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Saç tökülür, qocalırıq...»

Rasim Balayev: «Yaradıcılıq sıfırdır, günlərim boşuna gedir»

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayevin ad günüdür. Aktyorun 69 yaşı tamam olur. Modern.az saytı aktyorun ad günü təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb. Xalq artisti deyib ki, özəl gününü ailəsi ilə keçirməyi planlaşdırır:

«Yuvarlaq illərdə  beş-on dostumu çağırıram, yeyib-içirik, sağlıqlar deyirik. Amma ümumi ad günümü evdə ailəm, övladlarımla birlikdə qeyd edirəm. Bu il də belə olacaq. 69 yaşındakı düşüncə tərzim, ağlımla deyə bilərəm ki, 25-30 yaşlar daha yaxşı idi. Həmin vaxtlarda təbii ki, mənim üçün unudulmaz anlar olub. Üzr istəyirəm, çox da ağıldan kəm adam olmamışam. Amma həyat təcrübəsi, müəyyən illər insana nələrsə  verir. Əlbəttə, bu qədər zamanda itirdiklərimiz də olur. Qurban olduğum, bizi yaradan nəsə verməklə yanaşı, həm də alır. Saç tökülür, qocalırıq. Amma ağıl, kamal, dünyagörüşü,  aldığımız ibrətlər illərin bizə qazandırdığıdır. İndiki yaş dövrünün düşüncəsi o vaxt olsaydı, daha yaxşı olardı».

 

«Ayaqlarımda ağrı yaranır, yaxşı yeriyə bilmirəm»

 

R.Balayev söhbət zamanı səhhətindən də söz açıb:

«Şükür ki, ciddi xəstəliyim yoxdur. Amma osteoxondroz deyilən xəstəlik var. Yəni onurğa ilə əlaqədar problemlər olur. Bir də görürsən ki, ayaqlarımda ağrı yaranır, yaxşı yeriyə bilmirəm. Mütəmadi olaraq müalicəyə, fizioterapiyaya gedirəm. Bu da cavanlıqda yaranan fəsadlarla əlaqəlidir. Mən bir neçə filmlərdə ata minib, yıxılmışam. O vaxt cavan idim, bir az ağrıyandan sonra keçib gedirdi. Amma bu fəsadlar indi  üzə çıxır».

 

«Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir»

 

Xalq artisti bildirib ki, yaradıcılığı durğunluq dövründədir və hazırda evdə istirahət edir:

«İndi evdə istirahət edirəm. Havalar isti olduğu üçün bir az çətindir. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir.

 İndiki  filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının doğrudan sevdiyi filmlər çəkilmir. İki dənə meymunçuluq edən adamlar var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?!... Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir».

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Xalq artisti ilk dəfə Bakı kinostudiyasında «Ulduzlar sönmür» əsərində kiçik rolda çəkilib. Oynadığı «Nəsimi», «Babək» və «Dədə Qorqud» filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollarda da oynayıb. «Bu şirin söz, azadlıq», «Sənin birinci saatın», «Xoşbəxtlik səhnəsi», «Mən hələ qayıdacağam», «Birisigün gecəyarısı» kimi filmlərdə o, epizodik rolları canlandırıb. «Özbəkfilm»də, «Mosfilm»də və başqa studiyalarda filmlərə çəkilib.

Sənətkar 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.