
“Ötəri şeylərdir”
Rasim Balayev : “Onlar meymunluqla aktyorluğu səhv salıblar”
Rasim Balayev : “Onlar meymunluqla aktyorluğu səhv salıblar”
“Dedi ki, bu, siyahını hazırlayanların günahıdır”
“Nəsimi” barədə bilinməyən gerçəklər
Rasim Balayev jurnalistə hirsləndi: “Saytının oxunması üçün xəstəliyimdən istifadə edirsən?”
Rasim Balayev daha səhnəyə qayıtmaq istəmir
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Əksəriyyəti tələblərə əməl etmir
+12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
«Yeddi oğul istərəm» fimindəki Cəlal obrazını gülünc bəhanə ilə Rasim Balayevin əlindən kim alıb?
Rasim Balayev: «Yaradıcılıq sıfırdır, günlərim boşuna gedir»
...Yaxud başına gələn başmaqçı olar
Əli Həsənov: «Hədiyyəni isə heç vaxt müzakirə etməzlər»
Media çoxtərəfli basqı altındadır
Bu etimadı itirmək təhlükəsinin milyonda bir ehtimalı belə, ağlının ucundan keçirəndə diksinirsən
Əli Həsənov: «Təəssüf ki, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik»
Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır
«Görün Azərbaycan kinosunu nə günə qoyublar». Bu sözləri azxeber.com-a açıqlamasında xalqı artisti Rasim Balayev söyləyib. O, ötən gün ATV-də yayımlanan «Qız yükü» teleserialında erotik səhnənin nümayiş olunmasına etiraz etdiyini və bunun Azərbaycanın milli kino mədəniyyətinə ləkə olduğunu deyib:
«Olmaz, bu cür süjetlərin efirə verilməsi yolverilməzdir. Biz fransız, ingilis deyilik ki, oturub öz kinomuzda erotik səhnəyə baxaq. Görün Azərbaycan kinosunu nə günə qoyublar. Çox heyf ki, bu cür adamlar gəlib, serial çəkib insanlarımıza pis örnək olurlar «.
Xatırladaq ki, bu gün sözügedən serialla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də açıqlama verib. O bildirib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: «Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar».