
“Ötəri şeylərdir”
Rasim Balayev : “Onlar meymunluqla aktyorluğu səhv salıblar”
Rasim Balayev : “Onlar meymunluqla aktyorluğu səhv salıblar”
“Dedi ki, bu, siyahını hazırlayanların günahıdır”
“Nəsimi” barədə bilinməyən gerçəklər
Rasim Balayev jurnalistə hirsləndi: “Saytının oxunması üçün xəstəliyimdən istifadə edirsən?”
«Yeddi oğul istərəm» fimindəki Cəlal obrazını gülünc bəhanə ilə Rasim Balayevin əlindən kim alıb?
Rasim Balayev: «Yaradıcılıq sıfırdır, günlərim boşuna gedir»
Rasim Balayevdən sərt sözlər; xalq artistinin çəkildiyi «Sara» filmi kinoteatrlardan yığışdırılır
Aydın Talıbzadə: «Bacarıqsız olduğumuzdan bundan da faydalana bilmirik»
Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı
Rasim Balayev: «Yəni xoşuma gəlmədi»
«Biz fransız, ingilis deyilik ki, oturub erotik səhnəyə baxaq»
«Amma mən başqalaşmağı sevirəm»
«Fəaliyyətim başlamamış bitdi»
«Mən qəhrəman deyiləm, qəhrəmanları oynamışam»
Azərbaycanın xalq artisti, istedadlı aktyor Rasim Balayevin səhhəti normallaşıb. Bu barədə Modern.az-a R.Balayev özü məlumat verib.
Bu ilin mart ayında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:
“Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq”.
Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.