Tarixi filmin film tarixi
“Nəsimi” barədə bilinməyən gerçəklər
Zaur ƏLİYEV, Dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk ədəbi dilinin banisi
Hürufiliyin dini təriqətdən siyasi cərəyana çevrilməsi Səfəvi dövlətinin yaranmasında əsas rol oynayıb
-
Nəsimidən Füzuliyə...
“Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda şeir müsabiqəsi başa çatıb
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Türk şahı şairin hansı qəzəlinə nəzirə yazıb?
Yaxud Sultan Süleyman və Hürrəm Sultanın Nəsimi sevgisi
-
Nəsiminin demək istədikləri ...
Şərq cəmiyyəti necə irəli çıxa bilər?
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
«Liftçinin qızı(lı)»
«Balaca» məmur, gizli oliqarx Şükürovun çox böyük, sirli əməlləri və ya «mehriban qudam»
-
«Bu, nə səviyyəsizlikdir?»
Cəbiş müəllimin arvadı qalmaqallı kadrlardan danışdı
-
«Adamın ağlını başından alır»
«Bizim Cəbiş müəllim» filmindən kəsilib çıxarılan erotik səhnə...
-
«Kişilər bunu heç vaxt bağışlamazlar»
Əjdər Həmidov: «Qadına xəyanət günahdı»
-
Əsəb sanatoriyasından və zindandan keçən ömür yolu
«Mən qəhrəman deyiləm, qəhrəmanları oynamışam»
-
1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Suriya Ərəb Respublikasında səfərdə dahi şair Nəsiminin məzarını ziyarət edir. Bakıya döndükdən sonra Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir.
Nəsiminin 600 illiyi yaxınlaşanda görkəmli ictimai xadim və şair Rəsul Rza Suriyaya, Hələb şəhərinə göndərildi. Rəsul Rza Hələbdən Nəsiminin 4 divanı, biri farsca, biri ərəbcə, ikisi türkcə tərəfdən Azərbaycana gətirəndən sonra filmin çəkilməsinə göstəriş verilir. Filmi ərsəyə gətirmək isə yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyliyə həvalə edilir. “Nəsimi” keyfiyyətli olması üçün Azərbaycan kino tarixində xarici valyuta ilə alınan “Kodak” markalı plyonkaya çəkilən ilk film oldu. Ekran əsərinin mükəmməl olması üçün ayrılan vəsaitdən əlavə olaraq dövlət büdcəsindən pul ayrıldı. Misal olaraq deyə bilərik ki, “Nəsimi” filmi üçün on ədəd çox bahalı xalça belə alınmışdı.Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi. Ancaq Həsən Seyidbəyli buna razı oldu. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. Həsən Seyidbəyli sənətdə heç vaxt güzəştə gedən adam olmayıb. Rejissora nəyisə diktə etmək mümkün deyildi. Həmkarları onu çəkiliş zamanı çox tələbkar, nizam-intizamlı rejissor kimi tanıyırdı. Özü məsuliyyətli olduğu üçün də məhz belə keyfiyyətlərə malik aktyorlara üstünlük verirdi. Baş rolların ifaçılarını özü seçir və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” obrazını oynayan Rasim Balayev də məhz Həsən Seyidbəylinin kəşfi idi. Azərbaycan kinosunda Rasim Balayevin uğur qazanmasının səbəbkarı Həsən Seyidbəylinin məktəbi idi. Həsən Seyidbəylinin bu filmlə təkcə tariximizi deyil, o cümlədən milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirib.
“Nəsim” yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi. Bu ekran əsəri 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Tarixi Mövzuda Ən Yaxşı Film” nominasiyası üzrə qalib olub. “Ən Yaxşı Kişi Rolunun İfası” nominasiyasında II yeri isə baş rolun ifaçısı, gənc aktyor Rasim Balayev qazanmışdı.