vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KİNO-TEATR  
16:53 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 3452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Serial çəkib insanlarımıza pis örnək olurlar»

«Biz fransız, ingilis deyilik ki, oturub erotik səhnəyə baxaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Görün Azərbaycan kinosunu nə günə qoyublar». Bu sözləri azxeber.com-a açıqlamasında xalqı artisti Rasim Balayev söyləyib. O, ötən gün ATV-də yayımlanan «Qız yükü» teleserialında erotik səhnənin nümayiş olunmasına etiraz etdiyini və bunun Azərbaycanın milli kino mədəniyyətinə ləkə olduğunu deyib:

«Olmaz, bu cür süjetlərin efirə verilməsi yolverilməzdir. Biz fransız, ingilis deyilik ki, oturub öz kinomuzda erotik səhnəyə baxaq. Görün Azərbaycan kinosunu nə günə qoyublar. Çox heyf ki, bu cür adamlar gəlib, serial çəkib insanlarımıza pis örnək olurlar «.

Xatırladaq ki, bu gün sözügedən serialla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də açıqlama verib. O bildirib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: «Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar».